Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:51

Bir çox ölkələrdə Gülen məktəbləri bağlanıb


-

"15 İyul olaylarından sonra bir çox ölkələrdə ciddi addımlar atılıb. "Gülən şəbəkəsi"nə daxil olan məktəblər qapadılıb".

Tükriyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu iyulun 23-dəki müsahibəsində belə deyib. Nazir bildirib ki, bəzi ölkələr 15 iyul hadisələrindən öncə tədbirlər görmüşdü:

"Amma 15 iyuldan sonra da da bəzi ölkələrdə ciddi addımlar atılıb. Somalidə hökumət bütün məktəbləri bağladı, ölkəni tərk etmələri üçün onlara 1 həftə vaxt verdi. İordaniyada da məktəblər, Azərbaycanda isə Qafqaz universiteti bağlandı".

Arxiv: Türkiyədə dövlət çevrilişi cəhdi dəqiqəbədəqiqə

Mevlüt Çavuşoğlu bildirib ki, istintaq materialları hazır olandan sonra xarici işlər və ədliyyə nazirləri Amerikaya səfər edəcəklər və sənədləri hüquq mühafizə orqanlarına təqdim edəcəklər:

"15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunanların işləri üzrə istintaq materialları, ifadələr, fakt və sübutlar ingilis dilinə tərcümə ediləcək. Hardasa işlər 7-10 gün içində tamamlanar".

İyulun 15-də bir qrup zabit Türkiyədə dövlət çevrilişinə cəhd edib. Minlərlə şəxs çevrilişə cəhddə suçlanaraq, həbs edilib. Türkiyə rəsmiləri 300 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə Fetullah Güleni ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG