Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

►Qızlarda artım sayı azalsa da, elmi işlərdə uğurları artıb...

2016-cı ilin yanvar ayının əvvəlinə olan bilgiyə görə, ölkə əhalisinin ümumi sayının 50 faizdən çoxu - 4 milyon 870 min nəfəri qadınlardır.

Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə doğulan 166 mindən çox körpənin 46 faizi qız uşaqları olub.

Çalışanların 48 faizi qadınlardır...

Məlumatda bildirilir ki, hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası zərif cinsin nümayəndələrinin sağlamlığının keşiyində dayanır.

Məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48 faizdən artıqdır.

Təhsil, tibb qadınlarlıqdır

Qadınlar əsasən təhsil və tibb sahələrində çalışırlar. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78, orta ixtisas təhsil müəssisələrində 78, ali təhsil müəssisələrində 52 faizi qadınlardır.

Azərbaycandakı həkimlərin isə 65 faizini qadınlar təşkil edir.

Ümumi təhsil müəssisələrindəki şagirdlərin 46, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66, ali təhsil müəssisələrinin tələbələrininsə 48 faizi qızlardır.

Elm sahəsi də qadınların “əlindədir”...

Statistika Komitəsinin məlumatına görə, ölkə elmində qadınların çəkisi üstünlük təşkil edir. Elmi işçilərin 53 faizini qadınlar təşkil edir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Son 5 ildə elmlər doktoru, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2 dəfədən çox artıb. Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindənsə 14-ü qadındır.

Qadın sürücülər artır

Dövlət qulluğunda, biznesdəki qadınların sayı isə haqqında danışılan digər sahələrdəkindən xeyli azdır. Dövlət qulluğunda qadınların çəkisi 28, sahibkarlıq-biznes sahəsində isə 19 faiz təşkil edir.

Parlamentdə qadınların təmsilçiliyində artım müşahidə olunur. 1990-cı ildə deputatların 4, 2000-ci ildə 10 faizini qadınlar təşkil edirdilərsə, hazırda onların iştirak payı 17 faizə yaxındır.

Son illərdə nəqliyyat vasitələrinin idarə olunmasına qadınların marağı qat-qat artıb. 2015-ci ildə sürücülük vəsiqəsi alan qadınlıarın sayı 8521 nəfərə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG