Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:18

‘Qızımı da sünnət etdirəcəyəm – 7 yaşına çatanda’ [video]


İki dəfə qadın sünnəti etdirmiş dağıstanlı Mədinə üzünü gizlədir
İki dəfə qadın sünnəti etdirmiş dağıstanlı Mədinə üzünü gizlədir

Şimali Qafqaz dağlarında qadın sünnəti

Şimali Qafqazın müftilərindən biri dünyada qadınların sünnət olmasını dəstəkləyən fikirlərindən sonra qadın sünnəti həftənin qalmaqallı mövzularından biri olub. Hərçənd, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin təmsilçisi İsmail Berdiyev sonradan sözünü geri götürüb, zarafat etdiyini bildirib.

Buna da bax: 32 yaşında nənə, Kəpənəkçi kəndi və ürəkli Ləman [video]

Ancaq təcrübədə qadın sünnəti həqiqətən də mövcuddur və proseslə bağlı bu əməliyyatdan keçən qadınlardan biri Currenttime.TV-yə danışıb.

Buna da bax: Ata, düzünü de, mən gözələmmi?..

«Sünnət cinsi ehtirası azaldır, bizi belə öyrədiblər»

«Vahid Rusiya» partiyasının deputatı Mariya Maksakova-İqenbers Dövlət Dumasına qadın sünnətinə görə 10 illik həbs cəzasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

Buna da bax: İslamda qadının yeri...

Deputat belə bir qanunun qəbulunun vacibliyini onunla əsaslandırır ki, Rusiya dünyəvi dövlətdir və «dini kult» belə əməliyyatlara haqq qazandıra bilməz.

[mətnin ardı aşağıda...]

‘Qızımı da sünnət etdirəcəyəm – 7 yaşına çatanda’
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

«Sünnət cinsi ehtirası azaldır»

Currenttime.tv yazır ki, Dağıstanın dağ kəndlərinin birində yaşayan Mədinə belə düşünmür. O deyir ki, bu əməliyyatı iki dəfə keçirib.

Buna da bax: Məktəb və çadra

«Siz inanmayacaqsız, ancaq bu, həyatımda iki dəfə olub. Mən anama demədən getdim və bunu elətdirdim», Mədinə danışır.

«Prosesin özü qulaq deşilməsi kimidir – biri üçün ağrılı, başqası üçün ağrısız ola bilər...»

Mədinənin 7 yaşı olanda ikinci əməliyyat aparılıb, ancaq bu dəfə onu anası aparıb, ancaq o bilməyib ki, qızı artıq bu proseduru keçib.

Böyüklər bu prosesin vacibliyinə onu elə inandırıblar ki, Mədinə o vaxtdan bəri bunun düzgün hərəkət olduğuna şübhə etmir: «Sünnət cinsi ehtirası azaldır, bizi belə öyrədiblər»

Buna da bax: İşdə qoz-fındıq yeyən daha çox yaşayır

Mədinə inanır ki, sünnət edilmiş qadınlar da digərləri kimi yaşayır. Prosesin özünü isə qulaq deşilməsi kimi təsvir edir – biri üçün ağrılı, başqası üçün ağrısız ola bilər. Deyirdi ki, ərini qardaş kimi sevir, sanki yaxın bir qohumudur. Deyirdi ki, ərinə qarşı heç bir cinsi istəyi, ehtirası yoxdur. Qadın danışırdl ki, ərinə hörməti var, onun qayğısına qalır ki, xəstələnməsin, amma bir qadın kimi heç vaxt xoşbəxt olmayıb», həkim pasiyentinin ona danışdıqlarını xatırladır.

Buna da bax: Böyük Pəhrizdə seks

Müfti sözünü geri götürdü

«Qadın sünnəti insan hüquqlarının kobud pozuntusu və zorlamanın ekstremal formasıdır...»

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin təmsilçisi İsmail Berdiyev sünnəti dəstəkləyən çıxışı olmasaydı, hüquq müdafiəçilərinin qadın sünnəti ilə bağlı hesabatı bəlkə də diqqət cəlb etməyəcəkdi. Əvvəlcə o, dünyadakı bütün qadınları sünnət olmağa çağırdı. Sonra o, sözünü düzəltməyə çalışdı ki, «əxlaqsızlıqla mübarizədən» bəhs edir. Bir neçə saatdan sonra bəyan etdi ki, bu, zarafat idi.

Buna da bax: Kannda çimərliyə çadrada girmək qadağan olunub

Hüquq müdafiəçisi, Mahaçqala məscidinin keçmiş imamı Ziyettin Uvaysov deyir ki, qadınların sünnəti yalnız bir neçə dağ kəndində qalıb. O vurğulayır ki, istənilən halda bu məsələ Qurana ziddir. Quran insan sağlamlığına zərər verməyi qadağan edir. İslam qadını hansısa zövqdən məhrum etmir və bu planda qadınla kişi arasında fərq qoymur - o deyir.

Buna da bax: Merkel: «Tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır»

«Biz Afrikada yaşamırıq»

Sünnət etdirmiş gəlin: «Ərimi qardaş kimi sevirəm, sanki yaxın bir qohumumdur...»

Human Rights Watch-un Moskva bürosunda proqram direktory Tatyana Lokşina qadın sünnətini insan hüquqlarının kobud pozuntusu və zorlamanın ekstremal forması sayır. Onun sözlərinə görə, hakimiyyət özünü elə aparır ki, sanki belə problem mövcud deyil: «Biz Afrikada yaşamırıq. Kremldə yüksək vəzifədə oturanlar bu barədə xəbərlərdən oxuyurlar. Bununla belə şübhə etmirəm ki, bu məsələdən Dağıstan rəhbərliyi xəbərdardır», Tatyana Lokşina deyir.

Buna da bax: 6 yaşlı qızla evlənən molla

İki dəfə bu prosedurdan keçən Mədinə isə bu ənənədən imtina etməyə hazırlaşmır: «Mən şəxsən öz qızıma da edəcəm. Onun 5 yaşı var, 7 yaşında bu işi edəcəm», o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG