Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

-

Qazaxıstanın cənubunda gənc qadınlar arasında intihar hadisələrinin çoxalması hamıda böyük sual yaradıb.

Şimkənddə tərəvəz köşkü işlədən Dilbər Trumbaeva avqustun 9-da ağır yanıq yaralarından vəfat edib.

45 yaşlı qadının özünü yandırmasının səbəbləri hələ də məlum deyil, ancaq yerli polis bunun ictimai etiraz olma ehtimalını istisna edir.

Təhqiqatçı polis Alma Sergazieva deyir ki, “polis bu qorxulu təmayülün səbəblərini ortaya çıxarmaq üçün hər bir işi diqqətlə öyrənir. Əlbəttə intiharların səbəbi kimi əsasən stress, yalnızlıq və iqtisadi sıxıntını motiv kimi düşünə bilərik, ancaq Dilbərin intiharının səbəbi haqda heç bir fikir yoxdu.”

Azadlıq Radiosu yazır ki, hadisələr Qazaxıstanda iqtisadi çətinliklərdən xəbər verir. Neftin qiymətinin düşməsi və Rusiyaya ixracın azalması da iqtisadi çətinlikləri artıran amillərdəndir. Ancaq hökümət hələ də hansısa sosial sıxıntının olmasını etiraf etmir.

Buna da bax: Bu intihar Gürcüstanda seçki gündəmini dəyişdi

Polis bu ilin ilk yarısında 157 intihar cəhdi qeydə alıb ki, bu da keçən ilin ilk yarısı ilə müqayisədə çoxdur. Onlardan 37 nəfəri həyatını itirib.

İntihara cəhd etmiş 157 qadından 95-nin yaşı 30-dan azdır. Qalanları 35-45 yaş arası qadınlardı.

Rəsmilərə görə, Qazaxıstanın cənubu iqtisadi cəhətdən o qədər də çətinlik yaşamayan regiondur. Regionun əhalisi 2,6 milyondur.

Ancaq region sosial cəhətdən ən konservativ bölgədir. Burda qadınlar hələ də normal məktəb və universitet təhsili ala bilmirlər. Qızqaçırma da regionda hələ də qalır.

17 yaşında qaçırılaraq nikaha girmiş qadın Azadlıq Radiosunun qazax xidmətinə müsahibəsində deyir ki, “həyat yoldaşımdan çox zorakılıq görmüşəm.”

O, gənc yaşlarında 5 uşaq dünyaya gətirib. İndi deyir ki,“Həyatımda "daha yaşamaq istəmirəm" dediyim çox olub”

Atakənd kəndindən daha iki qadın da eyni taleyi bölüşdüklərini deyirlər. “Biz oxuya bilmədik sonra da həyat yoldaşlarımızdan asılı qaldıq.”

Cənubi Qazaxıstanda qadınlara hüquqi yardım edən Bakhyt Dastankyzy deyir ki, qadınların intihara əl atması qeyri-stabil evlilik həyatı və iqtisadi vəziyyətdən qaynaqlanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG