Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

Bankir: 'Putin-in nə maşını, nə də pulu var'


Andrei Kostin və Vladimir Putin

Andrei Kostin və Vladimir Putin

«Putin-in nə maşını var, nə də pulu var». Rusiyanın ikinci böyük bankına – VTB-yə rəhbərlik edən Andrei Kostin «The Financial Times» qəzetinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin özünü «sadə həyat yaşamağa məhkum edib».

Müxtəlif jurnalist təşkilatları, xarici nəşrlər Putin-in və onun qızlarının sərvəti ilə bağlı müxtəlif rəqəmlər səsləndiriblər. Onun milyardlara sahib olması haqda iddialar var.

«O, ÖZÜNÜ SADƏ HƏYAT YAŞAMAĞA MƏHKUM EDİB»

Ancaq Andrei Kostin Britaniya qəzetinə müsahibəsində bildirib ki, Rusiya dövlət başçısının gizli var-dövlətini tapmağa çalışanların cəhdləri əbəsdir: «Siz Putin-i belə şeylərlə tuta bilməzsiniz. Onun nə maşını, nə də pulu var».

Buna da bax-Putin, Əliyev, Nazarbaev və başqaları ofşor hesabatında

Bankir daha sonra sual edir: «Sizə elə gəlir ki, o, (Putin) vəzifədən getdikdən sonra Monakoda 200 metrlik yaxtasını tapacaqsınız?».

«O, özünü ömrünün sonuna kimi sadə həyat yaşamağa məhkum edib, buna səbəb də onu bütün dünyanın tanımasıdır. Putin-in hesablarını tapmağa cəhd edən insanlar ömürlərinin yerdə qalanını da axtarışlarda keçirə bilərlər, ancaq onlar heç zaman heç nə tapmayacaqlar», - VTB başçısı Kostin deyib.

Qəzet Vladimir Putin-in A.Kostin-i yüksək qiymətləndirdiyini yazır, keçən ay dövlət başçısı onu üçüncü dəfə ordenlə təltif edib. Onu bu dəfə «vətən qarşısında və xidmətlərinə görə» qiymətləndirib.

A.Kostin Rusiyanın ikinci böyük bankına başçılıq edir.

«TƏƏSSÜF Kİ, TRUMP-LA FOTOM YOXDUR»

Britaniya qəzeti bir məqama diqqət çəkir. İndi bank rəhbəri olan Andrei Kostin əvvəllər diplomatik sahədə çalışıb.

«The Financial Times» əməkdaşı yazır ki, Kostin onunla söhbət əsnasında Hillary Clinton-un dövlət katibi olduğu zaman onunla çəkdirdiyi fotonu əlinə alıb.

«Siz bu fotonu çap etsəniz, bu, onun (Hillary Clinton-un) prezident seçilmək şansına təsir göstərəcək. Onlar hər zaman rus izi axtarmağa çalışırlar», - bankir söyləyib.

O, daha sonra zarafatla qeyd edib: «Təəssüf ki, mənim cənab Trump-la bu cür fotom yoxdur».

Buna da bax-Putin-in dostu 'Panama sənədləri' haqda: 'Xalqa xərclənib'

Bu ilin martında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ), Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları Layihəsi (OCCRP), eləcə də bir sıra nüfuzlu beynəlxalq nəşrlər Vladimir Putin-in yaxın çevrəsi ilə bağlı araşdırmalarını yayıblar.

Təhqiqatlar «Panama arxivi» adı altında tanınan məxfi sənədlərə əsaslanır. Həmin sənədlərdə dünyanın 12 liderinin, yüzlərlə məmurun, tanınmış şəxslərin ofşor şirkətləri haqqında məlumatlar açıqlanıb. Bu zaman Putin-in yaxın ətrafına dair böyük material da hazırlanıb. Araşdırmaya görə, onun dostlarından biri - violonçelist Sergei Roldugin bir neçə ofşorla bağlıdır və milyardlarla dollarlıq müqavilələr məhz onun vasitəsilə bağlanıb. Eləcə də, Rusiyanın bir neçə başlıca şirkətinin aksiyalarının onun nəzarətində olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG