Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Putin Trump-a dair iddiaları “cəfəngiyyat” adlandırıb


Rusiya prezidenti Vladimir Putin Moskvanın prezident seçilmiş Donald Trump-a dair kompromata malik olması barədə iddiaları “tam bir cəfəngiyyat” adlandırıb.

Cənab Putin deyib ki, Rusiya kəşfiyyat orqanlarının Trump-ı izləməsinə heç bir ehtiyac yox idi, çünki 2013-cü ildə Nyu York milyarderi hələ siyasətə gəlməmişdi.

O Rusiyaya və Trump-a qarşı iddiaları irəli sürənləri “fahişədən pis” adlandırıb.

ABŞ kəşfiyyatının təqdim etdiyi dosyedə cənab Trump-ın seçki komandası ilə Rusiya arasında sıx təmasların olması iddia olunurdu.

Bu da iddia edilirdirdi ki, Rusiya kəşfiyyatının ixtiyarında Trump-ı şantaj etməyə əsas verən video və başqa materiallar var.

İddialar əsas etibarilə guya 2013-cü ildə Trump-ın Moskvada keçirdiyi Miss Universe gözəllik yarışı zamanı Ritz-Carlton otelində çəkilmiş video barədə idi.

Donald Trump Britaniya kəşfiyyatçısı tərəfindən hazırlandığı deyilən dosyeni “saxta məlumatlar” kimi rədd edib.

Moskvada keçirilən mətbuat konfransında danışan Putin Trump-a aid iddiaları əks etdirən hesabatı saxta adlandırıb və deyib ki, bütün bunlar “prezident seçilənin legitimliyinə zərbə vurmaq məqsədi daşıyır”.

"Trump Moskvaya gələndə siyasi fiqur deyildi. Biz hətta onun siyasi ambisiyalarından da xəbərsiz idik, - deyib Putin, - Doğrudanmı kimsə inanır ki, bizim məxfi xidmətlərimiz hər Amerika milrayarderinin dalınca düşür. Əlbəttə yox. Bu tam bir cəfəngiyyatdır”.

Rusiya prezidenti Putin deyib ki, gözəllik yarışı təşkil edən “dünyanın ən gözəl qadınları ilə görüşən” cənab Trump Moskvada fahişələrlə görüşməyə niyə can atmalıydı?

"Mənə təsəvvür etmək çətindir ki, o hotelə bizim “sosial məsuliyyəti aşağı olan” qızlarımızla görüşmək üçün gəlib… Hərçənd, əlbəttə onlar dünyanın ən yaxşısıdılar. Amma mən inanmıram ki, Trump buna gedəydi” - deyib Rusiya prezudenti.

Cənab Putin habelə Rusiya hakerlərinin ABŞ seçkisinə müdaxilə etdiyi barədə xəbərləri “saxta” adlandırıb, lakin bunun ardınca deyib ki, hakerlər kim olursa olsunlar, özlərindən heç nə düzəltməyiblər və yalnız olanın üstünü açıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG