Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

“Putin çevrəsinin qadınları”


Alina Kabayeva prezident Putindən mükafat alıb. 21 dekabr, 2005-ci il

Alina Kabayeva prezident Putindən mükafat alıb. 21 dekabr, 2005-ci il

Qərb mətbuatı Rusiya biznesinin “Putinin çevrəsinə daxil qadınlarla” əlaqələri barədə təhqiqat aparıb.

Qərb mətbuatı Rusiya biznesinin “Putinin çevrəsinə daxil qadınlarla” əlaqələri barədə təhqiqat aparıb.

Söhbət ilk növbədə mediada prezident qızı kimi təqdim edilən Katerina Tixonova və Dövlət Dumasının keçmiş deputatı Alina Kabayevanın qadın qohumlarından gedir.

İctimailəşdirilmiş bu materialları Kremldə “qərəzli informasiya sızdırılması” adlandırıblar.

Rusiyada çox az tanınan bir Sankt Peterburq biznesmeni bir neçə qadına mülkiyyət verib.

“Məşuqə” və qohumları

Qeyri-rəsmi məlumatlara görə, dövlət başçısının qızı olan Katerina Tixonovadan başqa, burada sözü gedən iki qadın Rusiya mediasının “Putinin məşuqəsi” adlandırdığı şəxsin yaxın qohumlarıdır. Hərçənd Vladimir Putin bu qadınla yaxın münasibətlərdə olduğunu qəti şəkildə inkar edir.

Mediada prezident qızı kimi təqdim edilən Katerina Tixonova

Mediada prezident qızı kimi təqdim edilən Katerina Tixonova

Bu çevrədəki dördüncü qadın MDU-nun məzunu Alisa Xarçevadır.

6 il əvvəl bu qadının fotosu dövlət başçısının ad gününə həsr olunmuş təqvimin “Aprel” səhifəsində yerləşdirilmiş və böyük qalmaqal yaratmışdı.

Açıqda olan bütün sənədləri təhlil edən Reuters jurnalistləri bu nəticəyə gəliblər ki, Arkadi Rotenberqin biznes partnyoru Qriqori Bayevski bu dörd qadına elitar mülklər satıb və ya ötürüb.

Belə deyilir ki, Katerina Tixonova rəsmi sənədlərində Bayevskinin Novo-Oqoryovanın 6 kilometrliyində yerləşən mənzilini öz ünvanı kimi göstərib.

Tanış portretlərin cizgiləri

Reutersin məlumatına görə, Bayevski Moskva ətrafındakı Uspenski qəsəbəsində yerləşən evin və torpaq sahəsinin mülkiyyət haqlarını 2013-cü ildə Alina Kabayevanın nənəsinə verib.

Yenə də Reuters-in informasiyasına görə, elə həmin Bayevski 2009-cu ildə mənzilin mükiyyət hüququnu keçmiş millət vəkilinin bacısı Leysan Kabayevaya verib.

Alisa Xarçeva

Alisa Xarçeva

Media yazır ki, Alisa Xarçeva Bayevskidən elit yaşayış kompleksində məlum olmayan qiymətə mənzil alıb.

Xarçeva Reuters agentliyinə deyib ki, bu mənzili alqı-satqı agentliyi vasitəsilə alıb və hələ də ipoteka ödənişləri edir. Bu mənizilin alınmasının prezidentlə əlaqəsi barədə suala Xarçeva cavab verib ki, “ona əvvəllər heç kəs belə axmaq suallar verməyib”.

Bu mülkiyyət əlaqələri Vladimir Putinin çevrəsindəki ayrı-ayrı şəxslərin portretlərini və həm də bu adamların dövlət və şəxsi işlər arasındakı hüdudları necə aşılandırdığının tablosunu tamamlayır” – yazır Reuters.

Elitaya siqnal

Kremldə isə bu dörd qadının mülk sahibi edilməsi barədə məlumatları “növbəti qərəzli informasiya sızdırması” adlandırırlar.

Vladimir Putin barədə gözdən salan materialların dərci elitaya verilən siqnaldır

Bu bəyanatı RBK xəbər şəbəkəsinə prezidentin mətbuat katibi Dmitri Peskov verib. Bundan üç gün əvvəl mətbuat katibi təxrabat xarakterli yazıların peyda ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Reuters-in məlumatına görə Qriqori Bayevskinin özünə gəlincə o, Rotenberq qardaşları ilə iş birliyinə 2011-ci ildə başlayıb.

Agentliyin məlumatına görə, o hesabatlarda “SMP Bank”ın strukturları ilə “əlaqəli” şəxs kimi keçir.

Reuters iddia edir ki, təkcə son iki il ərzində Qriqori Bayevskinin şirkətlərinə 6 milyard rublluq dövlət sifarişləri verilib.

Yazıçı Dmitri Qluxovski hesab edir ki, Vladimir Putin barədə gözdən salan materialların dərci elitaya verilən siqnaldır.

Qluxovskinin fikrincə, bütün bunlar düşünmək üçün kifayət qədər əsas verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG