Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

Putin mətbuat konfransı keçirir- [Canlı] (Yenilənir)


Putin mətbuat konfransı zamanı
Putin mətbuat konfransı zamanı

-

Rusiya prezidenti Vladimr Putin Moskvada mətbuat konfransı keçirir. Prezident bir neçə saat suallara cavab verir.

Putin Ukrayna və Gürcüstandan da danışıb.

Vladimir Putin Ukrayna ilə ticarət əlaqələrinin pisləşəcəyini deyib.

Amma qeyd edib ki, Rusiya hökuməti hazırda Ukraynaya qarşı sanksiyaları nəzərdən keçirmir.

Amma Putin qeyd edib ki, Rusiya ilə ticarət əlaqələrində Ukraynaya heç bir üstünlük, imtiyaz verilməyəcək.

Qeyd edək ki, Yanvarın 1-dən Ukrayna ilə Avropa Birliyi arasındakı azad ticarət sazişi qüvvəyə minir.

Putin deyib ki, biz Ukraynadakı münaqişənin pisləşməsini istəmirik, bu münaqişənin tezliklə həllini istəyirik. Amma bu Şərqi Ukraynadakı insanların məhvi hesabına olmamalıdır.

O həmçinin qeyd edib ki, Rusiya siyasi həllə nail olmaq üçün Ukraynanın şərqindəki nüfuzundan istifadə eləməyə hazırdır.

Putin həmçinin Moskvanın Gürcüstanla münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.

Amma qeyd edib ki, 2008-ci ilin avqustunda Rusiya ilə qısa müharibənin səbəbkarı keçmiş prezident Mikheil Saakaşvilinin Ukraynada regional qubernator təyin edilməsi Ukrayna xalqının üzünə tüpürmək deməkdir.

Putin suallara cavab verir

Rusiya prezidenti Putin bu gün suallara cavab verir. Onun bu sual-cavab şəklində İllik Hesabatına vaxt məhdudiyyəti qoyulmayıb.

--

Ölkədəki iqtisadi vəziyyətə gəldikdə isə Putin deib ki, 2016-cı ilin büdcəsində neftin qiyməti 50 dollardan hesablanıb və bu optimal qiymətdir. Amma indi neftin bareli 38 dollardır, ona görə də yəqin ki, burda düzəlişlər etməli olacağıq:

"Statistika Rusiya iqtisadiyyatında böhranın, böhranın pik həddinin ümumilikdə səngidiyini göstərir. İlin ikinci rübündən işgüzar fəallığın sabitləşməsi müşahidə olunur.Təmiz kapital axını müşahidə edirirk ki, bu da çox müsbət göstəricidir. Əminəm və ekspertlər də deyir ki, investorlar ölkə iqtisadiyyatının reallığını başa düşüb işə burda maraq göstərməyə başlayıblar".

Putin deyib ki, büdcə kəsirinin ilin sonunadək daxili məhsulun 2,8-2,9 faizini təşkil edəcəyi gözlənilir ki, bu da indiki iqtisadi vəziyyətdə çox qaneedici göstəricidir. Putin qeyd edib ki, hökumət 2016-cı ildə 0,7, 2017-ci ildə 1,9, 2018-ci ildə isə 2,4 faiz iqtisadi artım gözləyir.

Prezident makroiqtisadi sabitliyin təmin edilməsində Mərkəzi Bank və hökumətin siyasətini dəstəkləyib.

***

Putin Türkiyə terrorizm təhlükəsiz haqda deyib: "Vizasız girişdən istifadə edən terrorçular Türkiyə pasportları ilə gəlir, sonra da biz məcburuq, onları Qafqazda və ya milyon əhalisi olan şəhərlərdə axtarıb, tutaq".

***

Savchenko Putinə sual verir

Rusiyada həbsdə olan ukraynalı hərbçi Nadejda Savchenko Rusiya prezidenti Putinə sual verib. O, həbsxanada sualı köynəyinə yazıb, onun bu köynəkdə şəklini isə vəkili Twitterə qoyub. Vəkil Mark Feygin Savchenkonun sualını rus dilinə tərcümə edib: "Savchenkonun Putinə sualı: Siz ourladığınız və Rusiya həbsxanalrında saxladığınız ukraynalıları nə vaxt buraxacaqsınız?"

***

Putin suala cavab da deyib: "Biz Türkiyə hakimiyyətinin hərəkətlərini düşmənçilik hərəkəti kimi qiymətləndiririk. İnsanlar ölüb. Əgər bu bədbəxt hadisə olsaydı, onda dəstəyi qaldırırlar, izah edirlər. Onlar isə o saat Brüsselə qaçdılar ki, bəs, bizi burda incidirlər. NATO-nun arxasında gizlənməyə çalışdılar"

***

Assad-in taleyi haqda

"Biz heç vaxt razılaşa bilmərik ki, kimsə qıraqdan kimin idarə eləməyini sırısın"

***

Ukraynada həbsdə olan 2 rus hərbçisindən gələn sual: onları dəyişcəklərmi?

Putin: "Əsirlərin dəyişdirilməsinə ədalətli yanaşmaq lazımdır və hamını hamıya dəyişmək lazımdır"

***

SU-24 təyyarəsinin vurulması haqda suala Putinin cavabı:

«Siz soruşdunuz ki, orda ola bilsin ki, hansısa 3-cü tərəf olsun? İşarəni başa düşürəm. Biz bunu bilmirik. Ancaq Türkiyə hakimiyyətində kimsə, amerikalıların bir yerindən öpmək qərarına gəlib, onda mən bilmirəm, onlar düz eləyiblər yoxsa yox"

Putin əlavə edib ki, "mən bilmirəm , bu, amerikalılara lazımdır yoxsa yox"

***

Znak.com sual verib ki, "elitanın ikinci nəsli gəlir- Turchak, Rotenbergin oğlu.. Sonuncuya "Rusiyanın uzaq məsafəyə yük daşıyanlarını bağışladılar. Bəlkə bir az dəyişiklik etmək lazımdır?"

Putinin cavabı : "Mənim hakimiyyətimin yekunları təkcə bunda deyil. Əhalinin gəlirlərinin artmasındadır, ölkənin müdafiə qabiliyyətinin güclənməsindədir. O cümlədən terrorizmin belini sındırdıq. "Elitka" isə ikinci dərəcəli məsələdir"

***

Saakashvili haqda:

"Siz (Gürcüstan- AzadlıqRadiosu) indi də siyasi xadimlərin ixracına başlamısınız. Onlar isə öz iş üslublarını dəyişməyiblər. Yeri gəlmişkən, ABŞ Saakashviliyə iş vizası vermədi"

***

FİFA-nın keçmiş prezidenti Blatter haqda:

Putin: "Blatterə Nobel sülh mükafatı vermək lazımdır"

***

Putin: "Biz 2018-ci ilin futbol üzrə dünya birinciliyinin finalına ev sahibliyini təmiz mübarizədə qazanmışıq"

***

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG