Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

Putinin yaratdığı yeni təşkilat “Pioner”i əvəz edə biləcəkmi ?


Mikhail Barannikov, "Pionerskaya Pravda"nın redaktoru

Mikhail Barannikov, "Pionerskaya Pravda"nın redaktoru

Rusiya prezidenti Vladimir Putin pioner andı içməyən az şagirdlərdən biri olub. İndi o, rusiyalı uşaqların bu cür talelə üzləşməməsini istəyir.

Vladimir Putin

Vladimir Putin

Putin oktyabrın 29-u-keçmiş sovetlər dövründəki komsomolun yaradılmasının 97-ci ildönümündə “Rusiya Məktəbliləri Hərəkatı”nın təsis edilməsi barədə sərəncam verib.

“Sən bəzi şeylərdən “nostalgiya” keçirə bilərsən, amma keçmişi bərpa etmək mümkün deyil”.Bunu Moksvada Evrika təhsil siyasəti instutunun rəhbəri Aleksandr Adamsky deyir: “Bizim həyatımız tamamilə dəyişib, uşaqlar tam başqa cürdür.

Sən uşaqları məktəbdə oxumağa və dərsdən sonra əlavə dərnəklərə qatılmağa məcbur edə bilərsən, amma mən bunu çətin təsəvvür edirəm, onları indi buna cəlb etmək üçün sənin nəyinsə olmalıdır”.

Oktyabryatdan Komsomola qədər…

Sovet sistemində Kommunist Partiyası kiçik yaşlı məktəblilər üçün Oktyabryat adlı birlik yaratmışdı. 7-9 yaşlı şagirdlər pioner olmağa hazırlanırdı. Pionerlər Vladimir İliç Lenin adına Pionerlər Təşkilatında birləşirdi. Bu qurum 1922-ci ildə 10-15 yaşlı uşaqlar üçün yaradılmışdı. Təşkilata qəbul təntənəli mərasimdə keçirilir və boynuna qırmızı qalstuk bağlayan şagird and içirdi ki, “vətənini çox sevəcək, Böyük Lenin və Kommunist Partiyasının öyrətdiyi tək oxuyacaq, yaşayacaq və mübarizə aparacaq”.

Təşkilatda 25 milyon məktəbli birləşirdi. Qurumun SSRİ boyunca 40 min yay düşərgəsi vardı və il ərzində burda 10 min uşaq dincələ bilirdi.

Pionerlikdən sonra Komsomol gəlirdi. Əlaçı şagirdlər Komsomola 8-ci sinifdən də keçə bilərdi, amma 9-10-cu sinif şagirdləri artıq komsomol andı içib döşlərinə nişan taxırdılar. Gənc Kommunistlər hesab olunan Komsomol formal olaraq müstəqil idi, 15-28 yaşlı yeniyetmə və gəncləri əhatə edirdi. Fəal komsomolçular sonradan Kommunist Partiyasının sıralarına keçib partiya və vəzifə karyerasında irəliləyə bilirdilər.

“Bunun üçün iri resurslar lazımdır”

Təhsil üzrə mütəxəssis Adamsky Putinin fərmanının hər hansı kütləvi və kommunist dövründəki kimi universal nəticə verəcəyinə şübhə edir. Onun fikrincə, bu ideyanı irəli sürənlər belə yeni təşkilatın dəyərləri ilə bağlı öz aralarında bir araya gələ bilmirlər və ikifikirli təşkilat kütləvi üzvlük üçün çətin ki, cəlbedici olsun: “Hətta hesablanmış resurslar belə yoxdur. Belə bir təşkilatı yaratmaq üçün iri resurslar tələb olunur.

Krım, Ukrayna, Artek

Krım, Ukrayna, Artek

Xatırladım ki, sovet dövründə Pioner təşkilatı üçün nəhəng resurslar vardı, pioner evlərindən başlayıb Pioner düşərgələrində bitirdi. Mən Artek ya Orlyonok kimi yay düşərgələrindən danışıram. Hər vilayətdə onlarla belə pioner düşərgəsi vardı”.

O, Putinin fərmanını bəyənir

Sovet Pioner hərəkatının mirasi, uşaq qəzeti “Pionerskaya Pravda”nın redaktoru Mikhail Barannikov isə Putinin bu fərmanını çox bəyənib.Barannikov xatırladır ki, 2005-ci ildə o, 1980-ci ildə Sovet Pionerinə rəhbərlik edən Lyudmila Shvetsova ilə uşaqların görüşünü təşkil edib.

O zaman uşaqlar Shvetsovadan soruşublar ki, niyə vahid uşaq təşkilatı yoxdur. O isə cavabında “hələ vaxtı deyil” söyləyib, - Barannikov yadına salır.

"İndi şərait imkan verir ki, uşaqlar üçün vahid, ictimai təşkilat yaradılsın. Təbii, bu, sovet dövründəki mövcud təşkilatın eynisi ola bilməz”. O özünün pioner və komsomolçu günlərini “çox yaxşı, qəşəng və müsbət təcrübə kimi” xatırlayır.

“İndi gənclər polad zavodu tikməyə getmirlər”

Mikhail Barannikov

Mikhail Barannikov

Barannikov deyir ki, bu günkü gənclər təşkilatları Komsomol kimi deyil: “Onlar Baykal-Amur əsas dəmiryolu xətti və ya polad zavodu tikməyə getmirlər, amma Rusiyada indi də yaxşı, faydalı və vacib layihələr üçün işləməyə hazır olan gənclər var”.

Barannikov əlavə edir ki, yeni təşkilat hələ başlanğıc mərhələsindədir: “ Rusiya uşaqları üçün olan bu təşkilat cəmiyyət üçün faydalı və vacib nələrsə edəcək. Ancaq belə bir uşaq təşkilatı yaradanda gərək anlayasan ki, uşaqlar böyüyür. Sovet dövründə dəqiq vertikal vardı: Uşaq gənc oktyabryat olur, sonra pioner, daha sonra komsomol sıralarına girir, bundan sonra isə böyüklərin dünyasına daxil olurdu. Amma İndi dəqiqləşdirmək lazımdır ki, uşaq böyüyüb bu təşkilatı tərk edəndən sonra nə olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG