Rusiya ilə Ermənistan birgə qoşun qruplaşması yaradıllar.
Rusiya prezidenti Vladimir Putin tərəflər arasındakı müvafiq sazişi təsdiqləyən sərəncam imzalayıb.
Bu barədə noyabrın 14-də prezidentin rəsmi saytı məlumat yayıb.
Rusiyanın müdafiə nazirliyinə, xarici işlər nazirliyinin iştirakı ilə Ermənistan tərəfi ilə danışıqlar aparılması və sazişin Rusiyanın adından imzalanması tapşırılıb.
Müqavilə uzadılmaq şərti ilə 5 illik imzalanacaq.
Yəni tərəflərdən heç biri etiraz etməsə, müqavilə avtomatik daha 5 il uzanacaq.