Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:01

Rusiya prezidenti turizm operatorlarına və agentliklərinə Rusiya Federasiyası vətəndaşlarına Misirə səfər paketlərinin verilməməsini tövsiyə edən fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin ölkə turizm operatorlarına və agentliklərinə Rusiya Federasiyası vətəndaşlarına Misirə səfər paketlərinin verilməməsini tövsiyə edən fərman imzalayıb.

“Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı və RF vətəndaşlarının cinayətkar və başqa əməllərdən müdafiəsi haqqında” fərman müvəqqəti olaraq Rusiyadan Misirə bütün sərnişin reyslərini qadağan edir.

Britaniya və Rusiya turistlərinin Misirdən evakuasiyası davam edir

Britaniya və Rusiya turistlərinin Misirdən evakuasiyası davam edir

Sənəddə bildirilir ki, bu xüsusda yalnız müstəsna hava daşımalarına icazə verilir.

Ekspertlər bildirirlər ki, turist bürolarına Ruisya vətəndaşlarına hava nəqliyyatı vasitəsilə həyata keçirilən “Misir putyovka”larının satışını dayandırmağı tapşıran sənəd əslində bütün Misir səfərlərini dayandırmış olur.

Baqajlar ayrıca daşınır

Xəbər verilir ki, son 24 saat ərzində Misir Ərəb Respublikasından 11 min rusiyalı turist evakuasiya olunub.

Moskvanın Vnukovo hava limanına turistlərə məxsus 30 ton baqaj artıq gətirilib.

Britaniyadan nümunə götürən Rusiya da təhlükəsizlik mülahizələri ilə turistlərin və baqajın ayrılıqda çıxarılmasına başlayıb.

Rusiyalılar Misirə gələn bütün turistlərin üçdə birini təşkil edirlər. 2014-cü ildə Misirə 3 milyon Rusiya turisti səfər edib

Böyük Britaniya artıq çərşənbə günündən Misirə və oradan Britaniyaya bütün uçuşları dayandırıb.

Bu fərmandan əvvəl Moskva Londonun Sinay yarımadası üzərində qəzaya uğranmış təyyarənin bomba partlayışı nəticəsində məhv olduğu barədə mülahizələrini rədd etmişdi.

Lakin buna baxmayaraq artıq cümə günündən etibarən Rusiyanın özü də Misirə bütün sərnişin reyslərini dayandırıb.

Putin yasa gəlməyib

Rəsmi rəqəmlərə görə Misir uçuşları qadağan edildiyi anda Misirdə 80 min rusiyalı turist var idi.

Mərasimə özü də peterburqlu olan Vladimir Putinin gəlməməsi təəccüb və narazılığa səbəb olub

Rusiyalılar Misirə gələn bütün turistlərin üçdə birini təşkil edirlər və onların da əksəriyyəti Şarm əş-Şeyx və Xurqada kurortlarında dincəlir.

2014-cü ildə Misirə 3 milyon Rusiya turisti səfər edib.

Bu arada noyabrın 8-də Sankt Peterburqda 9268 nömrəli reysdə həlak olanlar üçün matəm mərasimi keçirilib.

Müşahidəçilərdən bəziləri bildiriblər ki, mərasimə özü də peterburqlu olan Vladimir Putinin gəlməməsi təəccüb və narazılığa səbəb olub.

Təhlilçilərin fikrincə, təyyarənin bomba partlayışı nəticəsində qəzaya uğraması versiyasının təsdiqlənməsi Moskva üçün başağrısı yarada bilərdi. Beləki Rusiya Suriyada apardığı hava zərbələri kampaniyasından məqsədin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi olduğunu bəyan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG