Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:03

Putin Krımda Təhlükəsizlik Şurasının iclasını keçirir


Vladimir Putin və Dmitry Medvedev

Vladimir Putin və Dmitry Medvedev

Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Krımda Təhlükəsizlik Şurasının iclasını keçirir.

O, həmçinin gənclərin forumunda iştirak edəcək.

Putin Təhlükəsizlik Şurasının avqustun 11-də keçirilən son iclasında, Krımda Ukrayna tərəfindən göndərilən təxribatçı qüvvələrin yaxalandığını demişdi.

Amma Kiyev ittihamı rədd edir.

Həmçinin Qərb rəsmiləri, Moskvanın bunabir dənə də olsun sübut göstərə bilmədiyini deyirlər.

Avropa Şurasının prezidenti Donald Tusk avqustun 17-də bu məlumatın real olmadığını bildirib.

Qeyd edək ki, bu Krımın ilhaqından sonra Putinin yarımadaya 5-ci səfəridir.

Rusiya Krımı 2014-cü ilin martında ilhaq edib.

Hazırda Rusiya yarımadada hərbi təlimlər keçirir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təlimlərdə 2500 canlı qüvvə və 350 hərbi texnika iştirak edir.

Ukrayna prezidenti Petro Poroshenko bundan əvvəl xəbərdarlıq edib ki, vəziyyət gərginləşsə ölkədə hərbi vəziyyət elan edilə bilər.

XS
SM
MD
LG