Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Yeməli Putin... (Video)


►Rəssam Sonya Xaritonova Putinin təsvirini şokoladdan yaradır

Krasnoyarskda açılmış "Prezident" kafeseində müştərilər Rusiya prezidenti Vladimir Putinlə "şəkil çəkdirə", və ayaqlarını Amerika bayrağına silə bilərlər. Burada ayaqyolu "NATO bloku" adlanır, talet kağızının üzərində isə Amerika prezidentinin şəkli var.

Sosial şəbəkələrdə kafeni tənqid edənlər də az deyil.

Kafenin sahibləri söz verirlər ki, kafedə Qərb liderlərindən başqa Erdoğanın da şəkli asılacaq. Deyirlər tapan kimi asacaqlar.

Kafenin menecerlərindən biri olan Svetlana Lautman Amerikada oxuduğunu və bu ölkəyə müsbət münasibət bəslədiyini gizlətmir.

Bu kafe Krasnoyarskda çörəyi Putindən çıxan yeganə biznes deyil. Burada "Prezident" adlanan təkər emalatxanası da var. Emalatxananın divarından üzərində milli liderin şəkli olan, Çində toxunmuş iri xalça asılıb. Hər dəfə köhnəldikcə onu yenisi ilə əvəz edirlər.

Emalatxananın sahibi deyir ki, indi də çinlilərə "kimonolu Putin" xalçası sifariş verib.

Rəssam Sonya Xaritonova isə Putinin təsvirini şokoladdan yaradır. Onun arzusu ağ və qara şokoladdan hazırlanmış bu təsvirləri Putinin özünə bağışlamaqdır. Rəssam etiraf edir ki, prezidentin fəaliyyətini izləmir. O deyir ki, hər kəs ideal ola bilməz və Putin bir kişi kimi onun xoşuna gəlir.

Buna da bax: ABŞ-la Meksikanı birləşdirən tunel

Günün bütün mövzuları

XS
SM
MD
LG