Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:56

ABŞ Maliyyə Nazirliyi BBC-nin təhqiqqat proqramına bildirib ki, Rusiya prezidenti Vladimir Putini korrupsiyalaşmış şəxs hesab edir

ABŞ Maliyyə Nazirliyi BBC-nin təhqiqqat proqramına bildirib ki, Rusiya prezidenti Vladimir Putini korrupsiyalaşmış şəxs hesab edir.

ABŞ hökuməti bundan əvvəl Putin-in yaxın çevrəsindəki şəxslərə qarşı sanksiyalar tətbiq etsə də, ilk dəfədir ki, birbaşa Rusiya prezidentini şəxsən ittiham edir.

Putinin sözçüsü bildirib ki, “toxunulan məsələlər və suallar barədə heç bir açıqlama verilməyəcək, çünki bunların hamısı uydurmadır”.

Adam Szubin

Adam Szubin

Ötən həftə Britaniyada başa çatmış təhqiqatın nəticələrində deyilirdi ki, keçmiş casus Aleksandr Litvinenko-nun qətli üçün xeyir-duamı, “çox güman” cənab Putin verib.

ABŞ Maliyyə Nazirliyinin xarici sanksiyalarına nəzarət edən Adam Szubin BBC-nin populyar “Panorama” televiziya verilişinə deyib ki, “Rusiya prezidenti korrupsionerdir” və bu, ABŞ hökumətinə “lap çoxdan aşkardlır”.

O deyib ki, Putin ətrafındakı dostların və yaxın müttəfiqlərinin dövlət hesabına zənginləşməsinə şərait yaradıb. ABŞ rəsmisinin sözlərinə görə, o, enerji və başqa sahələrdəki dövlət kontraktlarını bir qayda olaraq yaxın adamlarına həvalə edib.

Putin – məxfi investor

BBC xəbər verir ki, ABŞ hökuməti 2014-cü ildə Kremlə yaxın bir xeyli adama qarşı sanksiyalar qoyub. Vaşinqton bildirir ki, Vladimir Putin enerji sektoruna məxfi investisiyalar yatırıb.

35 milyon dollarlıq yaxta Abramovich-in hədiyyəsi kimi sənədləşdirlib

35 milyon dollarlıq yaxta Abramovich-in hədiyyəsi kimi sənədləşdirlib

BBC bildirib ki, Amerika rəsmiləri indiyədək Vladimir Putin-in korrupsiyasından danışmağa o qədər də həvəsli olmayıblar, lakin indi cənab Szubin “Panorama” proqramında çıxış etməyə razılıq verib.

Szubin cənab Putin-in 40 milyard dollarlıq şəxsi sərvəti barədə Mərkəzi Kəşfiyyat İdarəsinin 2007-ci ildə açıqlanmış hesabatına şərh verməyib, lakin deyib ki, Rusiya prezidentinin nəhəng sərvət sahibi olması onlara dəqiq bəllidir.

Szubin deyib ki, Putin bu qədər sərvəti gizlətməkdə böyük səriştə və bacarığa malikdir.

Prezident Putin 2008-ci ildə onun Avropanın ən zəngin adamı olduğu barədə iddiaları böhtan adlandırmışdı.

“Panorama” proqramı iddia edir ki, Vladimir Putin-in şəxsi sərvəti barədə dəqiq məlumata malik şəxslərlə söhbət edib.

Dövlət pulu ilə hədiyyə

Məsələn “Sovcomflot” dövlət dəniz daşımaları şirkətinin keçmiş rəhbəri Dmitry Skarga deyib ki, o, 35 milyon dollarlıq yaxtanın Putin-in adına keçirilməsinın şahidi olub. Onun sözlərinə görə bu, “Britaniyanın ən məşhur rusu”, Chelsea futbol klubunun sahibi Roman Abramovich-in hədiyyəsi kimi sənədləşdirilib.

Skarga deyib ki, “Olympia” adlı bu yaxta Rusiya prezidentinin adına ofşor şirkəti vasitəsilə sənədləşdirilib.

Bu yaxtanın ətrafındakı tam məxfilik onunla bağlıdır ki, gəmi şəxsən Putin-in adınadır.

O həmçinin bildirib ki, yaxtanın bütün cari xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.

Skarga-nın sözlərinə görə bu yaxtanın ətrafındakı tam məxfilik onunla bağlıdır ki, gəmi şəxsən Putin-in adınadır.

Abramovich-in vəkilləri “Panorama” proqramının bu barədə iddialarını qiybət və şayiə kimi rıədd ediblər.

Prezident Putin “Panorama”ya müsahibə verməkdən imtina edib.

“Panorama” proqramının “Putinin məxfi sərvəti” verilişi yanvarın 25-də efirə verilib.

Şərhləri göstər

XS
SM
MD
LG