Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:09

-

Bu xəbəri ABŞ-ın bir çox telekanalları və əksər Qərb qəzetləri sensasiya kimi yayıblar.

NBC News saytında Elisha Fieldstadt başlanğıcdan yazır ki, bu, hamının düşündüyü Putin deyil.

Polis protokolundan

Polis protokolundan

Bu Putinin 48 yaşı var, Florida ştatının Uest Palm Biç şəhərində yaşayır. Onu avqustun 21-də ictimai asayışı pozduğuna və polisə müqavimət göstərdiyinə görə həbs ediblər.

ABŞ mediası yazır ki, qaradərili Putin yaşadığı şəhərdəki Publix supermarketini tərk etməkdən boyun qaçırırmış.

Bunu ondan mağazanın müdiriyyəti tələb etmişdi. Deyilənlərə görə, o mazağada işçilərin üstünə bağıraraq başqa alıcılara narahatlıq yaradırmış.

NBC News yazır ki, Putin əvvəlcə menecerin təkidli tələblərindən sonra mağazanı tərk etsə də, az sonra qayıdıb və yenidən çığırmağa başlayıb.

Bundan sonra menecer polis çağırmağa məcbur olub.

O Putindən fərqli olaraq...

Şahidlər deyirlər ki, həbs olunan şəxs polisə adını verməkdən də imtina edirmiş.

Polisin tərtib etdiyi protokolda onun adının qarşısında “Vladimir Putin” yazılıb, yaşadığı ünvan isə “naməlum” göstərilib.

Fieldstadt yazır ki, “məhkəmə daha gənc Putini” cərimələyib və o, sentyabrda məhkəmə qarşısına çıxarılacaq.

Amerikanın GossipExtra saytı isə zarafata salıb yazır ki, "Əslində, həbsxana arxivlərindəki məlumata əsasən, bu Putin, gah jurnalist öldürən, gah Krıma girən rusiyalı Putindən fərqli olaraq, qanun qarşısında təmizdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG