Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:59

“Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi əməliyyatda məqsəd, terrorçu təşkilatlara qarşı mübarizə aparmaqdır.”

Reutersin məlumatına görə, bunu dekabrın 1-də Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.

Etdogan qeyd edib ki, Türkiyənin regionda apardığı əməliyyatlar Susiya və İraqın ərazi bütövlüyü, suverenliyi, və ya ayrı-ayrı şəxslərə qarşı yönəlməyib.

Erdogan bunu deyərkən “İslam Dövləti”qrupu, kürdlərin birləşdiyi PYD (Demokratik ittifaq partiyas) və YPG (Xalq müqavimət cəbhəsi) qruplaşmalarının adlarını çəkib.

Erdogan bundan əvvəl-çərşənbə axşamı demişdi ki, Türkiyə ordusu Suriyaya "əli xalqının qanına batmış" prezident Bəşər Əsədi devirmək üçün girib. Bu, Kremli təəccübləndirmişdi.

O, Rusiya prezidenti Putinə Suriya haqda bəyanatı ilə bağlı izahat verib.

Rusiya prezidentinin köməkçisi Uşakov deyib ki, noyabrın 30-da Putinlə Ərdoğan arasında telefon söhbəti olub. "Bu məsələyə də toxunulub. O, müvafiq izahat verib" - deyə Uşakov bildirib, amma Ərdoğanın konkret olaraq nə dediyini açıqlamayıb.

Ərdoğan qalmaqallı bəyanatından əvvəl Türkiyə ordusunun Suriyaya girməsini "İslam dövləti" qruplaşaması və kürd yaraqlıları ilə mübarizə aparmaq istəyi ilə əlaqələndirirdi.

Rusiya Əsəd rejimini müdafiə edir və rejimə qarşı çıxan qüvvələri bombalayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG