Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Putinin böyük qızının gizli həyatı


2007-ci il. Putin o vaxtkı arvadı Ludmila (sağda) və qızları Maria ilə (solda)

2007-ci il. Putin o vaxtkı arvadı Ludmila (sağda) və qızları Maria ilə (solda)

►New Times: "Putinin böyük qızı Mariya Vorontsova-Faassen adı ilə yaşayır"

Putinin böyük qızı 2006 - 2011-ci illərdə Moskva Dövlət Universitetinin Fundamental Təbabət fakültəsində oxuyub, endokrinologiya üzrə dissertasiya müdafiə edib, hazırda isə diabetin araşdırılması ilə məşğuldur. The New Times nəşri bildirir ki, o, Faassen soyadlı Niderland vətəndaşı ilə nikahdadır, ya da nikahda olub.

Vladimir Putinin mətbuat katibi Dmitrriy Peskov bildirib ki, Kremldə The New Times-da dərc olunmuş yazını şərh etmirlər.

"Biz ənənəvi olaraq, prezidentin ailəsinə hər hansı aidiyyatı olduğu iddia olunan heç bir mövzunu, heç bir məlumatı şərh etmirik," - deyə Peskov jurnalistlərə deyib. (Ardı aşağıda)

Buna da bax: Yanvar aksiyalarından sonra bircə məhsul ucuzlaşıb

"MİQALKA" VƏ "CİP"

Putinin qızı bir müddət Moskvanın Novinskiy bulvarında, ABŞ səfirliyinin yaxınlığında yaşayıb. The New Times yazır ki, dörd il əvvəl onun yaşadığı elit evin girişini şlaqbaumla bağlayıblar. "Bloka isə mühafizəçilər yerləşdiriblər. Hətta evin satışı zamanı rieltorlar bildirməyə başlayıblar ki, giriş yalnız buraxılış vərəqəsi ilə mümkündür və bina Federal Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və ABŞ səfirliyinin xüsusi təyinatlıları tərəfindən mühafizə olunur."

Sakinlər deyirlər ki, bu sərt giriş rejimini gənc sarışın qızın peyda olmasından sonra tətbiq ediblər. O, üstündə "miqalka" olan "cip"lə və cangüdənlərin əhatəsində gəzir. Mülki geyimli mühafizəçilərsə ona hörmətlə "Mariya Vladimirovna" deyə müraciət edirlər." Sakinlər əvvəlcə onun əcnəbi olduğunu düşünürmüşlər, çünki onun telefonla "fransızca danışdığını eşidiblər".

Putinin qızı Novinskiy bulvarında "Vorontsova" soyadı ilə yaşayırmış. 2006 - 2011-ci illərdə Moskva Dövlət Universitetində oxuyarkən də eyni sayaddan istifadə edib. Hərçənd, əldə olunan məlumata görə, Vorontsova olmamışdan əvvəl o daha dörd soyaddan istifadə edib.

Mariya Putinanın diplom mövzusu isə "İdiopatik alçaqboyluluğu olan uşaqların müalicəsi zamanı rekombinant böyümə hormonunun böyümə və metabolik effektləri" adlanır. O, diplomunu müdafiə edəndən sonra Moskvadakı Endokrinoloji elmi mərkəzin aspiranturasına daxil olub. (Ardı aşağıda)

Buna da bax: Nardaranlıların vəkil dərdi

QƏFİL YÜKSƏLİŞ

Vorontsovanın elmi karyerası başlayandan bir qədər sonra onun elmi rəhbəri, Endokrinoloji mərkəzin direktoru akademik İvan İvanoviç Dedovun oğlu Dmitri Avropa İnsan Haqları Məhkəməsinə Rusiyadan hakim təyin olunub. Alimin özünü Rusiya Elmlər Akademiyasının prezidenti seçiblər. Ovaxtkı səhiyyə naziri isə Endokrinoloji Mərkəz yanında Uşaq Endokrinologiyası İnstitutunun tikintisinin tezləşdirilməsi barədə sərəncam verib. İnstitutun tikilməsi Rusiya vergi ödəyicisinə 6,6 milyard rubla (86,5 milyon dollar) başa gəlib.

Putinin qızının işlədiyi mərkəzin Sanofi əczaçılıq şirkəti ilə münasibətləri inkişaf etməkdədir. Son illərdə şirkət Rusiyanın əczaçılıq bazarında xəstəxana satınalmalarının həcminə görə birinci yeri tutur. Sanofinin səhmdarları arasında L'Oreal və Total kimi böyük fransız şirkətləri var.

Putinin böyük qızının əri hollandiyalı biznesmen Jorrit Joost Faassendir.

Faassen 2006-cı ildən Rusiyaya gəlib, 2007-ci ildənsə "Qazprom"un biznesin inkişafı üzrə direktoru kimi işləməyə başlayıb.

Sonradan "MEF Audit" konsaltinq şirkətində işləyən Faassenin adı təqribən yarım il əvvəl şirkətin siyahısından yoxa çıxıb. Elə həmin vaxtdan da Mariya Putina Novinskiy bulvarındakı evdən köçüb. Onun hazırda harada yaşadığı məlum deyil. İnternetdə yerləşdirilmiş şəkillərə əsasən demək olar ki, o bu yaxınlarda bir qız uşağı dünyaya gətirib və tibb elmləri namizədi olub.

The New Times yazır ki, prezidentin qızı həm də MDU-nin "Gələcək həkim" tələbə klubunda mühazirələr deyir və bu mühazirələr zamanı tələbələrin onu telefonla çəkməsinə icazə verilmir.

Buna da bax: ANS-in əli Teleradio Şurasının yaxasında

"PUTİN: BU BİR HƏQİQƏTDİR Kİ..."

Keçən il KİV Putinin Katerina Tixonova adı ilə yaşayan kiçik qızı barədə də məlumat vermişdilər. Putinin özü isə heç vaxt Tixonova ilə Vorontsovanın onun qızları olduğunu rəsmən təsdiq etməyib.

"...Hamı iddia edirdi ki, qızlarım xaricdə oxuyur və yaşayırlar. Amma bu həqiqətdir ki, onlar Rusiyada yaşayırlar və heç vaxt heç yerə getməyiblər. Onlar yalnız Rusiya ali təhsil müəssisələrində oxuyublar," - deyə Putin bu yaxınlarda keçirdiyi mətbuat konfransında deyib. O həmçinin deyib ki, qızları heç biznes və siyasətlə də məşğul olmurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG