Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Vladimir Putinin həyatı –böyük dövlət sirridir. Ola bilsin ki, o, evlidir, bəlkə də kiçik uşaqları var. Deyəsən, onun keçmiş arvadı yenidən ərə gedib. Kreml bu sualların heç birinə aydınlıq gətirmir və fantaziyalara geniş meydan verir.

Yazıçı Olqa Kuckinanın Putin və onun keçmiş arvadı Lyudmila Şkrebneva ilə nikahı və boşanmasından bəhs edən“Stuardessanın gecəsi” adlı yeni kitabı çap edilib.

Olqa Kuckina uzun müddət “Komsomolskaya pravda”nın əməkdaşı olub və bu yaxınlarda qəzeti siyasi səbəblərə görə tərk edib: “Qəzetin xətti mövqeyimlə üst-üstə düşmədi və belə davam etmək çətin idi”.

Kuchkina Olga

Kuchkina Olga

Siyasətçilərin şəxsi həyatı Olqa Kuckinanı çoxdan maraqlandırır. O, Lenin, Stalin və Qorbaçovun həyatındakı qadınlardan bəhs edən kitabların müəllifidir.

“Stuardessanın gecəsi” jurnalist araşdırması deyil, kitab daha çox müəllifin xəyalının məhsulu olsa da, yazıçı müxtəlif açıq mənbələri də araşdırıb. Qəhrəmanların adı yoxdur. Qadın qəhrəman “Dost” adlandırılır. Putin öz keçmiş arvadını belə çağırırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG