Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Putin qızlarından, bir də Rusiyanın gələcək prezidentindən söz açıb


V.Putin

V.Putin

Rusiya prezidenti Vladimir Putin «Bloomberg» agentliyinə müsahibəsində öz qızlarından, iki il sonra keçiriləcək prezident seçkilərindən və Baltik ölkələrinə təhdidlə bağlı fikirlərdən danışıb.

V.Putin deyib ki, seçkilərdə iştirak edə də, etməyə də bilər. O, ölkənin gələcək prezidentini «gənc, amma yetkin» adam kimi gördüyünü də söyləyib.

«Qızlarınızın da siyasətdə olmasını istərdinizmi» sualını Putin belə cavablayıb: «Onların yerinə nəsə istəməyə haqqım olduğunu düşünmürəm. Onlar gənc, amma yetkin adamlardır, öz gələcəklərini də özləri müəyyənləşdirməlidirlər. Ümumiyyətlə, anladığım qədər, onlar artıq seçimlərini ediblər və elmlə, insanlara gərəkli bəzi başqa faydalı fəaliyyətlə məşğul olurlar. Özlərini lazımlı hiss edirlər, işlərindən həzz alırlar. Bu da məni çox sevindirir. Seçdikləri işə çox məsuliyyət və vicdanla yanaşırlar».

«MƏNİM SİRRİM YOXDUR»

Prezident «Hakimiyyətdə uzun müddət qalmaqdan ötrü digər liderlərə hansı məsləhəti verərdiniz» sualına bu cavabı verib: «Bilmirəm, burada hansı sirlərdən söhbət gedə bilər. Mənim sirrim yoxdur, sadəcə, həmişə insanların əhvalını, onların ehtiyaclarını... öncəliklərini öyrənməyə və ilk növbədə buna köklənməyə çalışıram».

Buna da bax-Putin-in böyük qızının gizli həyatı

V.Putin «İndi Rusiyanı yönəltmək daha asandır, yoxsa daha çətin» sualını cavablarkən, indi ölkəni idarə etməyin daha çətin olduğunu vurğulayıb: «Axı nə qədər olmasa da, kənar, özəlliklə Qərb tərəfdaşlarımızın tənqidləri nəticəsində bizdə daxili demokratiya prosesləri gəlişir... Məsələn, bu seçkilərə əvvəlki illərdəkindən daha çox partiya qatılacaq. Bu da, heç sözsüz, seçki kampaniyalarının gediş və sonuclarına təsir göstərəcək».

«TELEEKRANDA QƏŞƏNG GÖRÜNÜRLƏR»

O, lideri olduğu «Vahid Rusiya» Partiyasının reytinqinin azalmasını Dövlət Dumasına seçkilər ərəfəsində müxtəlif siyasi partiyaların hakimiyyəti tənqid etməsinə bağlayıb: «Onların hamısı hakimiyyəti tənqidə tutur, amma daha yaxşı yolu göstərmir, ya da elə şeylər danışırlar ki, hətta dayaz baxışlı insanlara da qeyri-real, yaxud tam icraedilməz görünür. Əvəzində teleekranda qəşəng görünür və hakim partiyanın nümayəndələrini söyüb-biabır edirlər».

«BU NƏ SAYIQLAMADIR?»

Rusiyanın öz nüfuz dairəsini genişləndirmək istəyi barədə məlumatı Putin «sayıqlama» adlandırıb: «Real siyasət aparan, ağlı başında olan adamlar anlayırlar ki, Rusiyanın, tutalım, Baltik ölkələrinə təhdidləri barədə deyilənlər başdan-ayağa sayıqlamadır. Nədir, biz NATO ilə vuruşmağa hazırlaşırıq? NATO ölkələrində nə qədər adam yaşayır? Haradasa 600 milyon, eləmi? Rusiyada isə 146 milyon adam yaşayır. Bəli, biz ən böyük nüvə dövlətiyik. Ancaq, nə danışırsınız, siz doğrudan düşünürsünüz ki, biz nüvə silahından yararlanıb Baltikboyu ölkələri tutmaq istəyirik? Bu nə sayıqlamadır?».

Günün bütün mövzuları

XS
SM
MD
LG