Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

Putin Azərbaycana gəlir


Putin Qarabağ haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Putin Qarabağ haqda danışır

-

Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də Azərbaycana səfəri gözlənilir.

Bu haqda Rusiya prezidentinin adminstrasiyası xəbər yayıb.

Xəbərdə səfərin prezident İlham Əliyevin dəvəti ilə gerçəkləşdiyi bildirilir.

“Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Vladimir Putin Bakıya səfər edəcək. Tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşündə iştirak edəcək”, – deyə xəbərdə qeyd olunur.

Vladimir Putinin İlham Əliyevlə bərabər İran prezidenti Həsən Ruhani ilə də təkbətək görüş keçirəcəyi bildirilir.

İran prezidenti Həsən Ruhaninin də Azərbaycana gəlişi gözlənilir.

Bundan əvvəl, İran Xarici İşlər Nazirliyi də məlumat yaymışdı ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olacaq. Tərəflər “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə tranzit, eləcə də terrorla mübarizə və Xəzərin statusunu müzakirə edəcək.

Ötən həftə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib ki, gündəlikdəki əsas məsələ “Şimal-Cənub” nəqliyyat dəhlizi, Fars körfəzindən Rusiyaya tranzitdir.

Verilən məlumata görə, Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyəti də müzakirə etmək istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG