Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:43

Putin həm Azərbaycanın, həm də Ermənistanın güzəştə getməsini istəyir


Serzh Sarkisian, Vladimir Putin və İlham Əliyev

Serzh Sarkisian, Vladimir Putin və İlham Əliyev

«Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun. Orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin».

Bunu AZƏRTAC-a müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

V.Putin qeyd edib ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu indiyə qədər atəşkəsin əsasını təşkil edir: «2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk, hələlik, yeganə sənəddir. Bu il aprelin əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb».

Buna da bax: Qarabağla bağlı bütün sülh planları xəritələrdə (İnfoqrafika)

«TƏRƏFLƏR KƏNARDAN TƏZYİQ OLMADAN ÖZLƏRİ RAZILIĞA GƏLMƏLİDİR»

V.Putin vurğulayıb ki, Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır: «Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir. Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq».

Rusiya prezidentinin deməsinə görə, elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın: «Güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun. Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır».

«RUSİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ İNHİSARA ALMAQ İSTƏMİR»

V.Putin deyib ki, Rusiya heç də Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışmır: «Bu, yanlış təsəvvürdür. Rusiya prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər. Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serzh Azatovich Sarkisian-ın görüşünə Rusiyanın xarici işlər naziri Sergei Viktorovich Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Harlem Désir dəvət ediliblər. Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmasına birgə səylərlə kömək edə biləcəyik».

Buna da bax - S. Lavrov: 'Müsbət nəticəyə indiyədək olduğundan daha çox yaxınıq'

Günün bütün mövzuları

XS
SM
MD
LG