Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

Putin Rusiya atletlərinə qadağan barədə sərt bəyanat verib


Rusiya prezidentinin fikrincə, dopinq qəbul etmiş atletlərə görə bütün idmançıların kollektiv şəkildə cəzalandırılması yolverilməzdir

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya atletlərinin 2016-cı ilin Olimpiya Oyunları da daxil beynəlxalq yarışlarda iştirakı üzərində qadağanın saxlanması qərarı ədalətsiz və haqsızdır.

Bundan az əvvəl Atletika Federasiyaları Beynəlxalq Assosiasiyası (The International Association of Athletics Federation - IAAF) Rusiya atletika komandasına qoyulmuş qadağanın saxlanması barədə qərar qəbul edib.

Bu qərara tərəfdar olanlar Rusiyada dopinqlərdən istifadənin dövlət tərəfindən həyata keçirildiyinə inanırlar.

İAAF bildirib ki, dopinq məsələsindən “təmiz çıxan” idmançılar neytral statusda beynəlxalq yarışlara qatıla bilərlər.

Lakin bu qərarla razılaşmayan Rusiya prezidenti Beynəlxalq Olimpiya Komitəsi də daxil başqa beynəlxalq idman qurumlarını bu məsələyə müdaxilə etməyə çağırıb.

Putin bu işə şəxsən müdaxilə edəcək

Bu çağırışa cavab olaraq Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, təşkilatın Lozannada keçiriləcək sammitindən əvvəl bu məsələni telefon konfransında müzakirə edəcək.

Vladimir Putin deyib ki, beynəlxalq qanun prinsiplərinə görə hər bir kəs tutduğu əmələ görə şəxsi məsuliyyət daşımalıdır.

Rusiya prezidentinin fikrincə, dopinq qəbul etmiş atletlərə görə bütün idmançıların kollektiv şəkildə cəzalandırılması yolverilməzdir.

İki dəfə olimpiya çempionu Yelena Isinbayeva məhkəməyə müraciət edəcək
İki dəfə olimpiya çempionu Yelena Isinbayeva məhkəməyə müraciət edəcək

Putin deyib ki, sözü gedən qadağanın qaldırılması mümkünlüyünü Dünya Antidopinq Agentliyi ilə müzakirə edəcək.

O habelə Beynəlxalq Olimpiya Komitəsindən ədalətli qərar gözlədiyini bəyan edib.

Lakin Rusiya atletika komandasına ilk dəfə 2015-ci ilin noyabrında qadağan qoymuş İAAF bildirir ki, dopinqlərdən istifadə Rusiyada idmanın atletika növünü başdan-ayağa bürüyüb və burada kimlərin “təmiz idmançı” olduğunu müəyyənləşdirmək mümkün deyildir.

Hazırda istər Dünya Antidopinq Agentliyi, istər beynəlxalq Olimpiya Komitəsi, xüsusilə də Atletika Assosiasiyası Rusiya üzərindəki qadağanın saxlanmasına tərəfdardırlar.

Lakin Rusiya komandasında hündürlüyə tullanmaqda 2004 və 2008-ci illərin olimpiya çempionu olmuş Yelena İsinbayeva İAAF-ın qərarını insan haqlarının pozulması adlandırıb və bildirib ki, məhkəməyə müraciət edəcək.

İsinbayeva dopinq analizlərindən “təmiz” çıxmış idmançıların sırasındadır.

Rusiyanın İdman Nazirliyi də İAAF-in qərarından təəssüfləndiyini bildirib. Nazirlik Rusiyanın analizlərdən təmiz çıxmış atletlərinə beynəlxalq yarışlara qatılmaq icazəsinin verilcəyinə ümid edirdi.

Vladimir Putin idmanın siyasiləşdirilməməsinə çağırış etmişdi.

Lakin İAAF-in britaniyalı prezidenti lord Coe deyib ki, qərarda heç bir siyasi motiv yoxdur və Rusiya üzərinə qadağanı az qala bütün idman qurumları dəstəkləyirlər.

XS
SM
MD
LG