Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (ASOİƏ) sammitində iştirak etmək üçün Peruya gələn Rusiya prezidenti Putin Çin, Yaponiya, Vyetnam, Filippin və Perunun rəhbərləri ilə təkbətək görüşəcək.

Putin ilk öncə gələn il ASOİƏ təşkilatına rotasiya qaydasında rəhbərlik edəcək Vyetnam lideri Tran Dai Quang-la ikitərəfli görüş keçirəcək.

İki lider AvroAsiyaİqtisadi Birliklə Vyetnam arasında azad ticarət zonasının yaradılması imkanlarını müzakirə edəcək. Hərbi əməkdaşlıq və nüvə enerjisi ilə bağlı məsələlər də müzakirə obyektidir.

Yaponiyanın baş naziri ilə görüşündə Putinin dekabrın 15-16-na Tokioya gözlənən səfərinin gündəliyi müzakirə edəiləcək.

Putinin ABŞ prezidenti Barack Obama ilə təkbətək görüşü nəzərdə tutulmayıb, ancaq Kreml belə bir görüşün ola biləcəyini istisna etmir.

Şərhləri göstər

XS
SM
MD
LG