Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:38

Putin akademik məmurları işdən qovdu


President Vladimir Putin
President Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin prezidentin işlər idarəsi, Federal təhlükəsizlik xidməti, müdafiə və daxili işlər nazirliklərində çalışan akademikləri işdən kənarlaşdırıb.

Bu barədə noyabrın 28-də prezidentin mətbuat xidməti məlumat yayıb.

Putin ötən həftə məmurları akademiyaya üzvlükdən çəkinməyə, üzv olanları isə elmlə məşğul olmağa çağırmışdı.

Nəticədə prezidentin işlər idarəsinin rəis müavini-baş tibbi idarınin rəisi Konstantin Kotenko,Federal təhlükəsizlik xidmətinin qeytiyyat və arxivlər fondu idarəsinin rəisi general-leytenent Vasili Xristoforov, Müdafiə nazirliyi baş tibb idarəsinin rəisi Aleksandr Fisun və daxili işlər nazirinin müavini-istintaq departamentinin rəisi Aleksandr Savenkov işdən kənarlaşdırılıblar.

Prezidentin sözçüsü Dimitri Peskov onların Akademiyaya üzv seçildiklərinə görə işdən çıxarılmasını təsdiqləyib.

Oktyabrın sonunda Elmlər Akademiyasına keçirilən seçkidə 29 dövlət qulluqçusu mübarizə aparıb.

Akademiyanın nizamnaməsinə görə, üzvlük ömürlük olduğundan məmurlar ondan imtina edə bilmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG