Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:01

Pulun üstündə şəkil çəkən rəssam


Odessalı rəssam Kiril Bondarenko öz əsərlərini kətan yox, pul üzərində yaradır

Rəssam Bondarenkonun işləri ilə hər hansı rəssamlıq təşkilatında yox, Londondakı Britaniya muzeyinin numizmatika şöbəsində maraqlanıblar. Çünki rəssam öz əsərlərini bəyaz kətan üzərində yox, pul əskinasları üzərində yaradır. Lakin bu təkcə təsviri sənətkarlıq deyil. Bondarenko bunu etməklə bəşəriyyəti puldan imtina etməyə çağırır.

Ukrayna qrivnyaları, Amerika dollarları, moldovan leyləri, avro və başqa dünya valyutaları onun üçün kətanı əvəz edir. O pulu, dünya tərəqqisinin buxovu hesab edir.

“Pulun zəmanəsi qurtarıb! Azı iyirmi il bundan əvvəl” – deyir rəssam.

Bondarenkonun işlərində, rəssamın fikrincə, bu gün bəşəriyyətin üzləşdiyi əsas problemlər – siyasət, din, dünya böhranı yer alır.

Şəxsi etiraz

O öz əsərlərini şəxsi etiraz adlandırır və deyir ki, adamlar buna böyük önəm verirlər.

"Hər şey pulun ucbatından baş verir! Onun hansı qurbanların hesabına əldə olunması mühüm deyil...Buna görə də bir dövlətin başqa dövlətin torpağını qəsb etməsi artıq heç kimi təəccübləndirmir” – deyir rəssam.

Burası da var ki, rəssam pula alternativ olacaq nəsə təklif edə bilmir.

Əsərləri artıq rəssama məşhurluq gətirib. Onun işlərindən üçünü Londondakı Britaniya muzeyi alıb. Təbii ki, pulsuz. Rəssam işlərini muzeyə hədiyyə edib və şaddır ki, muzey bu təklifi məmnuniyyətlə qəbul edib.

Pula etiraz edən nəyisə pula sata bilərdimi?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG