Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

2016-cı ilin 9 ayında Azərbaycana göndərilən pul vəsaitlərinin ümumi məbləği 585 milyon dollar olub.

bu haqda Azərbaycan Mərkəzi Bankının pul siyasəti ilə bağlı statistik bilgilərində deyilir.

Bigilərə görə, göndərilən pul vəsaitləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Azalma 35 faizdən artıqdır.

2015-ci ildə bu göstərici 897 milyon, 2014-cü ildə isə 1,16 milyard dollar olub.

Valyuta bazarı kiçilib

9 ayda Azərbaycanın valyuta bazarının həcmində də ciddi azalma olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə dollarla valyuta əməliyyatlarının həcmi 2,8, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.

Valyuta bazarının həcminin azalmasının nağd xarici valyuta bazarı seqmentində də müşahidə edildiyi bildirilir.

2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan nağd dollar ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalaraq 281 milyon dollara düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG