Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

“Dövlət qurumlarının publik hüquqi şəxs statusuna keçirilməsində məqsəd dövlətin həmin qurumların saxlanma yükündən azad edilməsi və onlara kommersiya əsasları ilə xidmət göstərmək imkanının verilməsidir”.

Bu fikri hüquq sahəsində ekspert Ələsgər Məmmədli 9 dövlət orqanının publik hüquqi şəxsə çevrilməsi barədə dövlət başçısının noyabrın 24-də verdiyi fərmanı şərh edərkən bildirib.

Buna da bax:​ AzərTac da publik hüquqi şəxsə çevrilir

Ekspert hesab edir ki, bu strukturların kommersiya əsasları ilə göstərilən xidmət spektrini genişləndirməsinə imkan yaradılacaq. Perspektivdə onların bəzisi özəlləşdirilə bilər.

Prezidentin fərmanına görə, aşağıdakı qurumlar publik hüquqi şəxs statusu alacaq.

Bunlar Mənzil İnşaatı Dövlət Agentliyi, Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Bu siyahıya habelə, Dənizkənarı Bulvar İdarəsi, Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tərcümə Mərkəzi daxildir.

Buna da bax: Səhiyyəni publik hüquqi şəxsə çevirmək nə deməkdir? [ekspert rəyi]

Bundan öncə isə bu status Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazasında yaradılan İmtahan Mərkəzi və Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG