Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:39

Bakıda prorektorun evindən yarım milyon oğurluqla bağlı məhkəmə prosesi başlayıb. Söhbət Odlar Yurdu Universitetinin prorektoru Münir Vəliyevdən gedir. Onun evindən oğurlanmış əmlak ümumilikdə 429 min 172 manat dəyərləndirilib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıqovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə qarşısına isə altı nəfər çıxarılıb - Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadov. Onlara CM-nin 177.3-cü (qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib.

Noyabrın 1-də keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prorektorun evindən oğurluq üzrə məhkəmə baxışı noyabrın 10-na təyin olunub. Həmin gün təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG