Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:26

Prokuror keçmiş nazir müavininə 10 il həbs istədi


Mehman Səlimov
Mehman Səlimov

-

Keçmiş müdafiə nazirinin həbsdəki müavini Mehman Səlimovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prokuror keçmiş nazir müavininə 10 il həbs cəzası istəyib. O bu istəyini aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində dilə gətirib.

Daha öncə Mehman Səlimovun vəkili işə baxan hakimlər heyətinə(Zeynal Ağayev, Azad Məcidov və Səbuhi Hüseynov) etirazını bildirib. Vəkil öz etirazını məhkəmənin qeyri-obyektiv aparılması, müdafiə tərəfinin sübutlarla bağlı vəsatətlərinin, istisnasız, baxılmamış saxlanması, hər dəfə məhkəmə iclasından əvvəl müşavirə otağında hakimlərin prokurorla məsləhətləşməsi ilə əsaslandırıb: «Bu da Mehman Səlimovun Avropa Konvensiyasının 6-cı maddəsində (ədalətli məhkəmə araşdırması) təminat verilən hüququnun pozulmasıdır».

Məhkəmə etirazın baxılmamış saxlanmasına qərar verib.

Ardından prokuror çıxış edib və Mehman Səlimova qarşı ittihamların məhkəmədə də sübuta yetirildiyini bildirərək, ona 10 il həbs cəzası kəsilməsini təklif edib.

«Müstəntiqin yazdıqlarını burada təkrarlayacaqdınızsa, daha məhkəmə nəyə lazım idi?» - keçmiş nazir müavininin prokurorun çıxışına reaksiyası belə olub.

2014-cü ilin noyabrından həbsdə olan Mehman Səlimov CM-in 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunur. 1995-1999-cu illərdə müdafiə nazirinin müavini çalışmış Mehman Səlimov Müdafiə Nazirliyinin sifarişi ilə hərbi şəhərcik tikərkən, öhdəlikləri yerinə yetirməməkdə suçlanır.

Mehman Səlimovun özü ittihamı qəbul etmir. Bildirir ki, həbsindən əvvəl keçmiş MTN-ə çağırılıb və ondan sabiq müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə vermək tələb olunsa da, buna razılaşmayıb.

Məhkəmə aprelin 15-də vəkilin çıxışı ilə davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG