Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

-

Nizami rayon Məhkəməsində xuliqanlıqda ittiham edilən jurnalist və ictimai fəal Elçin Həsənovun işi ilə bağlı proses başa çatmaq üzrədir. Bu gün prokuror ona 3 il 6 ay həbs cəzası istəyib.

E.Həsənov ötən il keçmiş «Asiya» agentliyinin başçısı Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət onun özünə qarşı çevrilib. Cəfər Cəfərov da indi dələduzluqda ittiham edilir

Bu ilin martında E.Həsənova qarşı 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.

Jurnalistin vəkili Fariz Namazlı «Turan»a deyib ki, ittiham hüquqi əsaslardan kənardır: «İşdə insidentlə bağlı bir nəfər də şahid yoxdur. İstintaq müəyyən etməyib ki, E.Həsənov hansı «küt alət»lə C.Cəfərova zərbə endirib. C.Cəfərov özü E.Həsənovun əlində nə olduğunu görməyib. Üstəlik, E.Həsənova hər hansı iddiasını olmadığını söyləyib. Məhkəmədə ekspert C.Cəfərova kəsici-deşici alətlə xəsarət yetirilməsi haqda istintaqın mülahizəsini təsdiqləməyib».

Müdafiə tərəfinin çıxışı mayın 18-nə təyin edilib. Vəkil məhkəmədən E.Həsənova bəraət istəyəcəyini söyləyib.

E.Həsənov ölkəni tərk etməmək barədə iltizam verib. O, deyir ki, məhz jurnalist və müxalifətçi mövqeyinə görə təqib edilir.

E.Həsənov Sumqayıtda nəşr edilən «Yüksəliş Naminə» qəzetinin redaktor müavinidir. Bundan əlavə, AXCP Ali Məclisinin üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG