Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:08

-

Fransanın «Airbus» aviaşirkəti 3D printerdə çap olunmuş ilk minitəyyarə modelini göstərib.

Pilotsuz uçan təyyarə Almaniyada keçirilən beynəlxalq aerokosmik sərgidə təqdim edilib.

Bu təyyarə 3D çap texnologiyalarının geniş imkanlarını yoxlamaq məqsədilə hazırlanıb.

«Thor» adlı yeni təyyarənin çəkisi 21 kq, uzunluğu 4 metrdir.

Təşəbbüsün ideya müəllifi Detlef Konigorski bildirib ki, sınaqda 3D printerlə ayrı-ayrı detalların deyil, bütöv bir sistemin hazırlanmasını sürətləndirmək məqsədi güdülüb.

Ekspertlərin fikrincə, 3D çap texnologiyalarının aviasiyada tətbiqi vaxta və vəsaitə qənaət etməyə, daha az yanacaq istifadəsinə yol açacaq. Belə təyyarələr havanın çirklənməsinin də qarşısını alacaq.

«Airbus» şirkəti hələ 2015-ci ilin mayında təyyarə hissələrinin 3D çapına başlayıb.

XS
SM
MD
LG