Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:47

Prezident son iki həftədə yol tikintisinə 51 milyon ayırıb...


İllüstrasiya
İllüstrasiya

-

Avqustun 4-də prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması barədə sərəncam imzalayıb.

Bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.

Söhbət keçmiş “Sovetski” ərazisindəki küçələrin genişləndirilməsindən gedir. Bu gün, avqustun 4-də dövlət başçısı orada olub.

Bu sərəncamla ölkə başçısının son iki həftədə yol tikintisinə ayırdığı vəsaitlərin ümumi məbləği 51 milyon manata çatıb.

Buna da bax: Prezident hazır yolun tikintisinə pul ayırıb?

Ölkə başçısı iyulun 22-dən bu yana Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad yoluna 400 min, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yoluna 3 milyon, Xızı-Altıağac yoluna 8 milyon manat ayırıb.

Bundan başqa, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yoluna 1,9 milyon, Lökbatan-Qobu avtomobil yoluna 2 milyon, Gədəbəydəki Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarına da 1,8 milyon manat ayrılması haqqında sərəncamlar verilib.

Bu hələ siyahının hamısı deyil.Son iki həftədə Binəqədi-Novxanı-Corat avtomobil yoluna 5,9, Goranboy-Yuxarı Ağcakənd yoluna 2,2, Pirallahı qəsəbəsində daxili yollara 3,8, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar yoluna da 4,6, milyon manat ayrılıb.

Buna da bax: 1 milyard manat hara getdi?

Habelə, prezident Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı yoluna 1,8, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yoluna 8,5, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yoluna isə 2,1 milyon manat ayrılması haqda sərəncamlar imzalayıb.

Müstəqil iqtisadçılar Azərbaycanda yol tikintisində ciddi korrupsiya hallarına yol verildiyini düşünürlər. Onlar yolların istismar müddətinin qısa olmasını da bununla izah edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG