Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

Prezident 1 milyon manatı nəyə görə verib, bilinmir


Hacı Allahşükür Paşazadə
Hacı Allahşükür Paşazadə

►Prezident QMİ-yə niyə bir milyon manat ayırdı?

"Yardımın səbəbi onlara dəstəyi artırmaq və cəmiyyətə göstərməkdir ki, hökumət dini qurumlar kimi məhz bunları tanıyır"

Prezident Ramazan bayramında Qafqaz Müsəlmanları İdarəsinə ikiqat sevinc yaşadıb. İlham Əliyevin sərəncamı ilə QMİ-yə bir milyon manat ayrılıb. Amma ölkə başçısı başqa dini icmaları unutmayıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, eləcə də Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına, Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb.

ELŞAD MİRİ MƏƏTTƏL QALIB

Dini məsələlər üzrə ekspert Elşad Miri bu xəbərə “məəttəl qaldığını” söyləyir. Təəccübünə səbəbsə bu vəsaitin nə məqsədlə köçürülməsnə cavab tapa bilməməsidir:

“Tək adı sərəncamda sadalanan qurumlara deyil, başqa dini icmalara da köçürmələr olur. Və bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vasitəsilə həyata keçirilir. Onlara niyə vəsait köçürülməsindən də məlumatsızam. Amma ayrılan vəsaitin hara yönəldiləcəyi bilinsə, o zaman nəsə demək olar”.

Yeri gəlmişkən, sərəncamda sadəcə deyilir ki, bu yardım “ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə” göstərilir.

“YARIRƏSMİ QURUMLAR”

Dini məsələlər üzrə ekspert, tarixçi Altay Göyüşov isə dövlət başçısının bu addımının siyasi motivlərlə bağlı olduğunu düşünür:

Altay Göyüşov isə dövlət başçısının bu addımının siyasi motivlərlə bağlı olduğunu düşünür
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00
Direct-ə keçid

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Dövlətimiz sekulyar olsa da, hakimiyyətin mənbəyi, təəssüf ki, xalq deyil. Hakimiyyət seçki nəticəsində formalaşmadığından cəmiyyətin ayrı-ayrı seqmentlərinin müxtəlif vasitələrlə loyallığını təmin etməyə çalışır. Bu istiqamətdə atılan addımlardan biri də dini qurumlara pul ayrılmasıdır”.

Altay Göyüşovun qənaətincə, siyasi hakimiyyət dini qurumları da “tanıdığı”, “yarırəsmi” qurumlara bölür:

“Bunlardan biri də Qafqaz Müsəlmanları İdarəsidir, adı qeyri-hökumət qurumudur, amma onun hökumət tərəfindən dəstəkləndiyini, onun hökumətin himayəsində olduğunu görürük. Yardımın səbəbi onlara dəstəyi artırmaq və cəmiyyətə göstərməkdir ki, hökumət dini qurumlar kimi məhz bunları tanıyır. Bu, sırf hakimiyyətin mahiyyətindən, yeritdiyi siyasətdən doğan addımlardır”.

Elşad Miri də Altay Göyüşovun söylədiklərinin davamı olaraq Qafqaz Müsəlmanları İdarəsini bu günə qədər hökumətin siyasətini dəstəklədiyinə görə tənqid edir. Və qurumun heç bir məsələylə bağlı etirazını bildirməməsinə, müstəqil fikri olmamasına diqqət çəkir:

Elşad Miri Qafqaz Müsəlmanları İdarəsini bu günə qədər hökumətin siyasətini dəstəklədiyinə görə tənqid edir
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

“Quranda adı çəkilən Nuh adlı peyğəmbərin adının uşaqlara qoyulması bu gün Azərbaycanda qadağandır. Buna qarşı bir açıqlama oldumu? Və ya məscidlərlə bağlı? Mənim yaxşı yadımdadır ki, azan məsələsi gündəmə gətiriləndə İdarə bildirdi ki, azanın səsi camaatı narahat edir. Hava limanındakı məscidin köçürülməsini gündəmə gətirən yenə QMİ oldu. Həcc məsələsi yenə də QMİ-nin monopoliyasındadır”.

____________________________________________________________

Bunlara da bax:
Löw: «Fransa Portuqaliyanı da yenəcək»
Gülər Əhmədova: «Talassemiya daşıyıcıyam» (Yenilənib)

____________________________________________________________

“TƏQDİRƏLAYİQDİR, KİMİNSƏ BƏYƏNMƏMƏSİ ÖNƏMLİ DEYİL”

Millət vəkili Fazil Mustafa dövlət başçısının sərəncamını “təqdirəlayiq” adlandırır və bu yardımın prezidentin ehtiyat fondundan edildiyini yada salır:

Fazil Mustafa dövlət başçısının sərəncamını “təqdirəlayiq” adlandırır
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

“Bu fonddan ayrılan vəsaitin təyinatını müəyyən edən şəxs prezidentin özüdür. Buna görə də kiminsə bu addımı tənqid etməsi və ya bəyənib-bəyənməməsi önəmli rol oynamır. Burda sadəcə, dini icmalara olan dini münasibət öz əksini tapır. Və prezident dini icmaları bir-birindən fərqləndirməyib”.

PUL HARA, NECƏ XƏRCLƏNƏCƏK?

Ən çox vəsait ayrılan QMİ ilə gün ərzində əlaqə saxlayaraq bu suala cavab almağa çalışsaq da, mümkün olmadı.

Müsahiblərimiz hesab edirlər ki, başda QMİ olmaqla digər dini qurumlar da maliyyəni hara xərcləyəcəklərini açıqlamalıdırlar. Məsələn, deputat Fazil Mustafa hesab edir ki, bu məsələdə önəmli olan da məhz budur – vəsaitin hansı istiqamətdə xərslənməsidir. O bununla bağlı müəyyən nəzarət mexanizminin işə salınmasını da vacib sayır.

“İndiyə qədər bu sahəyə vəsaitlər ayrılsa da, nəticə göstərir ki, istər təhsildə, istərsə də maarifçilikdə irəliləyiş olmayıb. Bu, düşündürücü məsələdir”, deyir deputat.

Buna da bax: Fransa millisi Marseli tərk etdi

Fransa millisi Marseli tərk etdi
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

XS
SM
MD
LG