Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

-

Bakıda Novruz bayramı münasibətilə bayram şənliyi keçirilir.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev də ailəsi ilə birgə bayram şənliyinə qatılıb.

Prezident və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Milli geyimli oğlanlar və qızlar prezidentə bayram xonçası təqdim ediblər. Onlar meydanda rəqs ediblər. İncəsənət adamları baharı, Azərbaycanı tərənnüm edən mahnılar oxuyublar.

PREZİDENT YUMURTA DÖYÜŞDÜRÜB

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Sonra İlham Əliyev və xanımı Dənizkənarı Milli Parka gediblər. Orada onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Hər il olduğu kimi, bu ildə onlar prezidentlə yumurta döyüşdürüblər.

Prezident və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi Novruz yarmarkası ilə də tanış olub. Yarmarkada ölkənin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edir.

Prezident «Natiq» ritm qrupunun və aşıqların ifalarını dinləyib, Azərbaycan xalçalarının nümunələri ilə tanış olub.

NOVRUZ VƏ İDMAN YARIŞLARI…

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə də baxıb.

«Bakı Şəhər Halqası» Əməliyyat Şirkəti isə Novruz bayramı günlərində dənizkənarı bulvarda «Formula-1» əyləncə zonası yaradıb. Bu gün həmin yarışların başlamasına düz 3 ay qalıb. Burada da prezident İlham Əliyev və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olunub.

Novruz bayramı münasibətilə keçirilən şənlikdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edirdilər.

Bu il Azərbaycana bahar martın 20-si səhər saat 8:30-da qədəm basacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG