Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:39

Qubad İbadoğlu: Xalqa mesaj verildi ki, bu gününüzə də şükr edin...


İqtisadçı Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu

“Müşavirə suallara cavab yox, əlavə suallar gətirdi”

“Məqsədi ölkədə makroiqtisadi durumu dəyərləndirmək olan çıxışlarda sənaye və kənd təsərrüfatındakı müsbət artımı ifadə edən göstəricilərdən başqa heç bir məlumat səslənmədi. Cari ilin 9 ayının yekununu xarakterizə edən ümumi daxili məhsula belə istinad olunmadı, onun tənəzzülündən danışılmadı. Dollarla ifadə olunan nominal ümumi daxili məhsulun 2014-cü ildəki 75 milyad dollardan bu ilin sonuna 35 milyard dollara enməsinin səbəbi belə soruşulmadı”.

İqtisadçı Qubad İbadoğlu prezident İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışını şərh edərkən belə deyib.

İqtisadçı sözügedən iclasda əsas məsələlərin diqqətdən kənarda qaldığını ifadə edib.

Buna da bax: İlham Əliyev: 'Biz ora çıxmalıyıq'

İqtisadi toplantıda nə baş nazir, nə iqtisadiyyat naziri, nə də maliyyə naziri çıxış etdi...

“Qeyri-neft ümumi daxili məhsulunun sürətlə enişinin fəsadları dəyərləndirilmədi. 121 min daimi iş yerinin açılması (inandırıcı olmasa da), 36 min iş yerinin bağlanması qeyd olunsa da, hər ay orta hesabla 6 min nəfərin iş yerini itirməsinin səbəbləri də təhlil olunmadı. Rəsmi rəqəmlər ayda 6 min nəfərin iş yerini itirdiyini göstərir, bu isə o deməkdir ki, hər ay 25 mindən çox ailə üzvünün dolanışığı pisləşir. Çünki, ev təsərrüfatlarının əmək müayinəsi göstərir ki, ailələrin böyük əksəriyyətində 1 nəfər işləyir. Baxmayaraq ki, bu hələ rəsmi rəqəmdir, gerçəklikdə qeyri-rəsmi olaraq daha çox iş yerləri bağlanıb və təəssüf ki, onun dinamikası müsbətdir”, iqtisadçı əlavə edib.

Q.İbadoğlu bildirir ki, gözləntilərin əskinə olaraq iclasda nə baş nazir, nə iqtisadiyyat naziri, nə də maliyyə naziri çıxış edib.

“Hətta son zamanlar imzalanan fərman və sərəncamları da təqdir etmədilər. Görünür, onlar da yaxşi bilirlər ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir. Mərkəzi Bankın sədri manatdan da danışmadı ki, investorlar və istehlakçıların gözləntiləri doğrulsun, onlar suallarına cavab tapsınlar. Elə bil ki, manat elə belə də olmalıymış və bu normal iqtisadi proses heç kimi narahat etmir”,- deyə Q.İbadoğlu bildirib.

Buna da bax: "Həbsxanaya su gələndə məhbuslar bunu möcüzə kimi qarşıladı"

Heç kəs demədi ki...

İqtisadçının fikrincə, müşavirədə milli iqtisadiyyatla bağlı söhbət əsasən iki mövzuda oldu.

“Kənd təsərrüfatında ənənəvi təsərrüfatçılıq formalarının bərpası, heyvandarlığın inkişafı və turistlərin ölkəyə cəlb olunması. Bir sözlə, əsas məsələ ölkəyə valyuta gətirmək və ölkədən valyuta getməsinə yol verməmək. Tapşırıq belə oldu. Heç kəs demədi ki, bu çıxış yolu deyil və tezliklə bu məqsədlərə nail olmaq mümkün deyil. Deyilmədi ki, biz ənənəvi bazarlara yalnız beyin məhsulları ilə çıxa bilərik. Yoxsa, kolxoz və sovxoz prinsipi ilə bütün torpaqları ekstensiv yolla əkməklə və mal-qaranın cinsini dəyişməklə iqtisadiyyatı inkişaf etdirmək olmaz. Bu müasir iqtisadiyyatın inkişaf yolu deyil, ənənəvi təsərrüfatçılığın bərpası ilə biz irəli getməyəcəyik, ən yaxşı halda geriyə – ötən əsrin 60-80-ci illərinə qayıdırıq”.

İqtisadçı vurğulayır ki, sözügedən toplantı yaranmış çoxsaylı suallara cavab vermək əvəzinə, yeni suallar yaratdı.

“Xalqa mesaj verdi ki, bu gününüzə də şükr edin, allaha dua edin ki, kəndçiyə dəstək olsun. Çünki, birdən yağmadı yağış bitmədi qamış, bəs onda nə olacaq?...”, iqtisadçı təəssüflə bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG