Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

Prezidentdən gömrük islahatı sərəncamı


Astara gömrüyü
Astara gömrüyü

►Gömrük Komitəsi bütün bəyannamələrin elektron formada qəbulunu iki ay müddətində təmin etməlidir.

Məqsəd məmur-vətəndaş təmasının minimuma endirilməsi, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsidir.

Prezident İlham Əliyevin gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı martın 4-də imzaladığı sərəncamda belə deyilir.

Sərəncama görə, elektron xidmətlər göstərilməsi ilə bağlı əlaqəli dövlət qurumları ilə qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsi təmin olunmalıdır. Gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunan prinsiplər tətbiq edilməlidir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Sərəncamla bu komitə ilə Ədliyyə Nazirliyinə tapşırılır ki, iki ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflər hazırlayıb prezidentə təqdim etsinlər.

Gömrük Komitəsi həmçinin, iki ay ərzində beynəlxlaq təcrübədə tətbiq edilən “yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılmasını təmin edən qaydalar hazırlamalıdır.

Sərəncamla həmçinin, gömrük sistemində islahatların sürətləndirilməsi üçün daxili işlər, ədliyyə, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar nazirliklərinə, dövlət sərhəd və miqrasiya xidmətlərinə tapşırıqlar verilib.

XS
SM
MD
LG