Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

Prezident İlham Əliyev Füzuli rayonunda səfərdədir. Bu barədə noyabrın 12-də president.az saytında məlumat verilib.

Məlumata görə, prezidentə rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə məlumat verilib. Prezident əvvəlcə xalça kombinatı və Horadiz qəsəbəsində yeni tikilmiş avtovağzalın açılıçında iştirak edib.

İlham Əliyev ön cəbhədə

Daha sonra İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub. AZƏRTAC-n məlumatına görə, müdafiə naziri Zakir Həsənov İlham Əliyevə raport verib. İ.Əliyev komanda idarəetmə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Sonra prezident , döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG