Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Prezident İlham Əliyev hökumətin son iclasında banklar haqqında danışıb. O qeyd edib ki, bank sektorunda islahatlar davam etməlidir: «Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir».

Təbii sual doğur: prezidentin bu çıxışı nə anlama gəlir? Konsolidasiya tapşırığı növbəti bankların bağlanması ilə başa çatacaq? Şübhəyə də əsas var. Azərbaycanda bir neçə ildir bankların konsolidasiyası barədə danışılsa da, bu baş vermir, əvəzində banklar bağlanır. Son 1 ildə 13 bank qapadılıb.

Bank məsələləri eksperti Əkrəm Həsənov prezidentin dediklərini, ümumən, düzgün sayır: «Dolayısı ilə o deməkdir ki, bu sahədəki işlərdən narazıdır və əlaqəli qurumlara bir növ növbəti göstərişdir».

«BİRLƏŞMƏLƏR VƏ BAĞLANMALAR DAVAM EDƏCƏK»

«Prezidentin «islahat» tapşırığı bankların bağlanması ilə nəticələnərmi» sualına ekspert belə cavab verir: «Prezident «konsolidasiya» sözündən istifadə edir. Bu, birbaşa bağlanma demək deyil. Amma hər bir halda, islahatlar pis bankların bağlanmasını da ehtiva edir».

İqtisadçı-ekspert Natiq Cəfərlinin də fikrincə, bank sektorunda konsolidasiyalar, birləşmələr və bağlanmalar davam edəcək: «Görünən odur ki, hökumət və Mərkəzi Bank bir neçə iri bankın bazarda qalmasına, onların dayanıqlı olmasında maraqlıdırlar».

O güman edir ki, hökumət gələcəkdə xarici bankların bazara birbaşa daxil olmasına icazə verəcək: «Ona qədər bank sistemi möhkəmlənməlidir ki, rəqabətə davam gətirə bilsinlər. Qısası – bank sektorunda çalxalanmalar və dalğalanmalar davam edəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG