Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:29

Prezidentin ad günündə 54 metrlik tort olmayacaq


Prezidentin ad günündə bişirilmiş 51 metrlik tort, 2012

Prezidentin ad günündə bişirilmiş 51 metrlik tort, 2012

►"Ad günü prezidentin şəxsi işidir"

Dekabrın 24-də, prezident İlham Əliyevin doğum günü münasibətilə heç bir tədbir keçirilməyəcək.

Bunu paytaxtın Səbael rayon İcra Hakimiyyətindən şöbə müdiri İsrafil Kərimov AzadlıqRadiosuna deyib:

"Birmənalı şəkildə heç bir tədbir olmayacaq. Ad günü prezidentin şəxsi işidir".

Səbael rayonunun indiki icra hakimiyyətinin rəhbəri Eldar Əzizov adətən başçı olduğu Gəncə və Sumqayıt şəhərlərində prezidentin doğum günündə onun yaşına uyğun uzunluqda (metrlə) tort və paxlava bişirtdirib. Bu şirniyyat şəhər sakinlərinə pulsuz paylanılıb.

Buna da bax: Daha 16 nəfər siyasi məhbus siyahısına düşdü

Eldar Əzizov bir neçə aydır Bakının Səbael rayonuna rəhbərlik edir. İsrafil Kərimov deyir ki, bu dəfə nə tort, nə də paxlava bişiriləcək.

Prezident İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində doğulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG