Braziliyanın «Chapecoense» futbol komandasını aparan təyyarə ötən il noyabrın 28-də Kolumbiya üzərində qəzaya uğrayıb.
Nəticədə təyyarədə olan 81 nəfərdən azı 76-sı həlakl olub.
Bu, dünyada baş verən ilk belə bədbəxt hadisə deyil.
İtaliyanın "Torino" komandası 1949-cu ildə Portuqaliyadan qayıdarkən Turin yaxınlığında təyyarə qəzaya düşüb.
Qəzaya səbəb pis hava şəraiti olub.
Pilot buna görə təyyarəni buludlardan aşağı salmaq istəyərkən təyyarə, Superqa təpəsinin başına dəyib. Nəticədə təyyarədə olan 31 nəfərin hamısı həlak olub.
Onlardan 18-i oyuncu, 2-i isə məşqçi olub.
Bunadək ardıcıl 4 dəfə İtaliya çempionu olan "Torino" bu ağır itkiyə baxmayaraq , növbəti mövsümü də qızıl medalla başa vurub.
-
1958-ci ildə Böyük Britaniyanın «Mançester Yunayted» futbol klubunun 8 oyunçusu və 3 məşqçisi təyyarə qəzasında həlak olub.
Komanda Dünya Kuboku çərçivəsində Belqradda “Crvena zvezda” ilə oyundan sonra evə dönərkən təyyarə Münhendə eniş edib.
Qarlı havada Münhen hava limanından havaya qalxmaq istəyərkən isə uçuş zolağından kənara çıxıb.
Nəticədə təyyarədə olan 44 nəfərdən 23-ü həlak olub.
Klubun 9 oyunçusu və baş məşqçi Mett Basbi (Matt Busby) qəzadan sağ çıxıblar.
--
Belə qəzalardan biri də 1979-cu ilin avqustunda keçmiş SSSR-i məkanında baş verib.
Özbəkistanın “Paxtakor” futbol klubu SSSR-i çempionatı çərçivəsində“Dinamo” Minsklə səfər oyununa gedərkən Dneprodzerjinsk səmasındaVoronej-Kişinyov reysi ilə hərəkət edən sərnişin təyyarəsi ilə toqquşub.
Bu SSRİ tarixində ən böyük təyyarə qəzası hesab olunur.
Qəza nəticəsində 178 məfər həlak olub ki, bunlardan 17-i“Paxtakor”un futbolçuları olub.
-
2011-ci il sentyabrın 7-də Rusiyanın Yaroslavl şəhəri yaxınlığında «Lokomotiv» hokkey klubunun olduğu «Yak-42» təyyarəsi qəzaya uğrayıb.
Nəticədə 8 heyət üzvü də daxil olmaqla təyyarədə olan45 nəfərdən 43-ü həlak olub. Onlardan 36-sı hokkeyçidir.
“Lokomotiv” klubu Kontinental Xokkey Liqası çərçivəsində Minskə uçurdu.
Yak 42 təyyarəsi Tunoşna hava limanından qalxdıqdan az sonra qəzaya düşüb.
Təyyarənin qalıqları Volqa çayına səpilib.
-
Zambiyanın futbol yığması 1993-cü ildə Dünya çempionatının seçmə oyunları çərçivəsində Sneqala uçarkən qəzaya düşüb.
Buna səbəb təyyarənin sol mühərrikinin qəflətən alışması olub.
Pilot isə səhvən sağ mühərriki söndürüb.
Nəticədə komandanın 18 üzvü də daxil olmaqla təyyarədə olan 30 nəfərin hamısı həlak olub.