Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Ukrayna prezidenti Petro Poroshenko 2013-cü ildə Maydan olayları ilə bağlı dindirilib.

Bu barədə İnterfaks-Ukrayna ölkənin Baş Prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, istintaq noyabrın 18-də keçirilib və 6 saat sürüb.

Bundan qabaq Prezident Adminstrasiyası məlumat vermişdi ki, Poroshenko noyabrın 29-da Kiyevdə baş verən iğtişaşla bağlı istintaqa dəvət edilib.

Bu ilin avqustunda bildirilmişdi ki, ölkə prokurorluğu yüksək rütbəli şəxslərin şahid ifadələrini alacaq.

2013-cü il noyabrın 21-də minə yaxın sakin Kiyevdə Azadlıq meydanına toplaşaraq hakimiyyətin Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamasından imtinasına etiraz edib. Antihakimiyyət əleyhinə keçirilən mitinqlər nəticəsində Ukraynada hakimiyyət dəyişikliyi baş verib.

Etiraz aksiyaları zamanı 100-dən çox adam həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG