Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:59

Polşada parlament seçkiləridir


Polşada parlament seçkiləri
Polşada parlament seçkiləri

-

Polşada parlament seçkiləri keçirilir. Səsvermə artıq başlayıb. Sorğu nəticələrinə görə üstünlük hazırki müxalif partiya – “Haqq və ədalət” partiyasınındır.

Bildirilir ki, seçicilərin 40 faizi sabiq baş nazir Yaroslav Kachinskinin rəhbərlik etdiyi "Haqq və Ədalət partiyası"na səs verməyə hazırlaşır. Hər dörd vətəndaşın 1-i isə səsini hazırki baş nazir Yeva Kopachın rəhbərlik etdiyi "Vətəndaş platforması partiyası"na verəcəyini deyir.

Əgər seçkinin nəticəsi həqiqətən deyilən kimi olarsa, onda bu iki partiyanın heç biri hökuməti təklikdə yarada bilməyəcək və çox güman ki, parlamentə gedən daha az gücə malik başqa bir siyasi qolla danışığa gedəcək.

Bu gün seçicilər parlamentin alt palatasına 460 deputat, üst palatasına isə 100 deputat seçirlər.

Səsvermənin təxmini nəticəsi – “exit poll”ların nəticəsi yerli vaxtla axşam saat 8-də açıqlanacaq.

XS
SM
MD
LG