Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Gənc fəal: 'Heydər Əliyevin heykəlinə şüar yazıdığıma görə...'


Karikatura. Gündüz Ağayev
Karikatura. Gündüz Ağayev

“Narkotikə heç bir aidiyyətim yoxdur. Heydər Əliyevin heykəlinin postamentinə şüar yazdığıma görə polislər evimə narkotik atıblar”. Narkotik ittihamı ilə həbsdə olan gənc fəal Qiyas İbrahimov sentyabrın 20-də öz işi üzrə məhkəmənin hazırlıq iclasında belə deyib.

“İşgəncə altında etiraf ərizəsi yazmağa məcbur edilib”

Gənc fəalın vəkili Elçin Sadıqov Q. İbrahimovun işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil Qiyasın əməlində cinayət tərkibi olmadığını, narkotikin onun olması barədə etiraf xarakterli ərizəni işgəncə altında yazmağa məcbur edildiyini deyir.

Buna da bax:​ Qiyas: “Şalvarımı çıxarıb dəyənəklə yaxınlaşdılar"

Gənc fəalın vəkili Elçin Sadıqov Q. İbrahimovun işinə xitam verilməsi barədə vəsatət qaldırıb.

Ənvər Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. E.Sadıqov müvafiq orqanlardan bəzi sübutların alınması və müəyyən şəxslərin əlavə şahid qismində dindirilməsi haqda da vəsatət qaldırıb. O, 5 saylı hüquq məsləhətxanasından vəkil Oqtay Əliyevin may ayında çıxdığı işlərin siyahısının da gətirilməsini istəyib. Q. İbrahimov həbs olunarkən və ilkin dindirmə zamanı həmin vəkil ona dövlət hesabına təyin edilmiş müdafiəçi olub: “Qiyas bu vəkili görmədiyini bildirir. Dindirilsin, görək, iştirak etmədiyi halda evdə axtarış protokoluna necə imza atıb?”.

Vəkilin sualı: “Polislər narkotikin çəkisini öncədən necə biliblər?”

O görüntülərə baxış keçirilsə, həmin vaxt Qiyasın işgəncəyə uğradığı görünəcək.

E. Sadıqov daha bir vəsatət qaldıraraq, Qiyasgilin evindəki axtarışla bağlı onun anası Şura İbrahimovanın da əlavə şahid qismində dindirilməsini istəyib. Onun növbəti vəsatətində Nərimanov Rayon Polis İdarəsindən müvəqqəti saxlama kamerası görüntülərinin, Bakı Şəhər Baş Polis idarəsindənsə əməliyyat kitabının alınması xahiş olunurdu:

“Qiyas İbrahimov işgəncəyə məruz qalıb və nəticədə törətmədiyi cinayəti etiraf etməyə məcbur edilib. O görüntülərə baxış keçirilsə, həmin vaxt Qiyasın işgəncəyə uğradığı görünəcək. Əməliyyat kitabına gəlincə, iş materiallarına görə, Qiyas İbrahimovun Əkrəm adlı İran vətəndaşından 1 kq 012 qram heroin alıb evlərində saxlaması barədə əməliyyat məlumatı daxil olub və bunun əsasında əməliyyat keçirilib. Narkotikin hətta qramınadək öncədən bəlli olması göstərir ki, onu əvvəlcədən çəkərək, gətirib evə yerləşdiriblər”.

Buna da bax:​ «Narkotik büküldüyü polietilen torbalar ekspertizadan keçirilsin»

Vəkilin hazırlıq iclasında sonuncu vəsatəti gənc fəal haqqında həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəzlənməsi barədə olub.

Məhkəmə yalnız Şura İbrahimovanın dindirilməsi və kamera görüntülərinin alınması barədə vəsatətləri təmin edib.

Hakimlər qısa müşavirədən sonra hazırlıq iclasının qərarını açıqlayıblar. Məlum olub ki, məhkəmə yalnız Şura İbrahimovanın dindirilməsi və Nərimanov RPİ-dən kamera görüntülərinin alınması barədə vəsatətləri təmin edib, digər vəsatətlərsə rədd edilib.

İş məhkəmə baxışına verilib. Məhkəmə sentyabrın 27-nə təyin olunub.

Buna da bax:​ "Heykəldən üzr istəyin, sizi buraxaq!”

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilirlər. İttihamlar təsdiqlənərsə, gəncləri 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Digər gəncin - Bayram Məmmədovun işi üzrə istintaq hələ bitməyib. Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyi güman olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG