Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:44

Arvadını polisin zorladığını iddia edən rusiyalı barmaqlarını kəsib (Video)


Igor Gubanov

Igor Gubanov

Igor Gubanov avqustun 8-də sol əlinin çeçələ barmağını kəsib. Həyat yoldaşı Salima Mukhamedyanova-nı polis idarəsində polis nəfərinin zorladığını iddia edən Gubanov oradakı kameraların həmin günə aid çəkilişlərinin üzə çıxarılmasını istəyir. Barmağını kəsməkdə məqsədi isə bu tələbə rəsmi şəxslərin diqqətini çəkməkdir.

Videoyazı üzə çıxarılanadək hər bazar ertəsi bir barmağını kəsəcəyini deyən Gubanov sözünün üstündə durub və avqustun 15-də sağ əlinin də çeçələ barmağını kəsib.

Ancaq onu da bildirib ki, daha barmaqlarını kəsməyəcək və ədaləti "qanuni" yollarla tələb etməyə çalışacaq.

Igor Gubanov-un polis idarəsində zorlandığını iddia etdiyi xanımı Salima Mukhamedyanova

Igor Gubanov-un polis idarəsində zorlandığını iddia etdiyi xanımı Salima Mukhamedyanova

Buna da baxın: manatın 100 illik tarixi

Rusiyanın polis idarələrində…

Küçə süpürgəçisi işləyən və əli hər yerdən üzülən Gubanov-un özünü şikəst etməsi Rusiyada dövlət qurumlarından cavab almağın nə qədər çətin olduğunu göstərir. 2008-2012-ci illərdə - Dmitry Medvedev-in prezidentliyi dövründəki islahat cəhdlərindən sonra da bu ölkənin polis idarələrində zorakılıq və işgəncə halları geniş yayılıb.

Gubanov və Mukhamedyanova yanvarın 26-da Maqnitoqorsk şəhərindəki kommunal mənzillərində qonşularıyla mübahisə etdiklərinə görə saxlanıb və polis onların yanlış davranışını raportlaşdırandan sonra evə buraxılıblar.

Gubanov deyir ki, olaydan az sonra, heç bir açıqlamasız, yenidən saxlanılanda, polis nəfəri onun arvadını zorlayıb.

(Diqqət: videoda azyaşlılar və ürəyi zəiflər üçün münasib olmyana görüntülər var!)

“Polis hər ikimizə susmağı əmr edib”

Gubanov onlara hüquqi və psixoloji yardım göstərən "İctimai Hökm Fondu" adlı qeyri-hökumət təşkilatına bildirib ki, polis hər ikisinə susmağı əmr edib.
Polisin qisas alacağından ehtiyat edən ər-arvad Maqnitoqorsku tərk edib və qonşu Başqırdıstanda şikayət ərizəsi yazıb.

Polis zorlama iddiası ilə bağlı məhkəmə ekspertizası keçirərək, şikayətçilərə və onların vəkilinə təzyiq göstərməyə başlayıb. Daha sonra işi bağlayan polis Mukhamedyanova-ya qarşı iş qaldıraraq onu qəsdən yanlış şikayətdə günahlandırıb.

Buna da baxın: Referendum məhbusları?

“Bu o demək deyil ki… israr etməyəcəyəm”

“Bu o demək deyil ki, mən indən belə işin düzgün araşdırılmasında və arvadıma ittihamın ləğv edilməsində israr etməyəcəyəm", - Gubanov deyib.

O, məsələnin artıq ictimai diqqət doğurduğunu və indi "məqsədə qanuni yollarla çatmağın" vacibliyini də vurğulayıb.

Şərhləri göstər

XS
SM
MD
LG