Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

►"O zaman sual yaranır ki, qalan insanlar nə etməldir? Ölümü gözləməlidir?”

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun nümayəndələri mayın 13-də Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində ölkədəki durumla bağlı mətbuat konfransı keçiriblər.

Turan-ın xəbərinə görə, mətbuat konfransında icra və məhkəmə hakimiyyətləri ciddi tənqid olunub.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu son vaxtlar icra qurumlarının fəaliyyəti ilə bağlı çoxsaylı şikayət məktubları aldıqlarını bildirib:

“Siyasi məhbus məsələsini gözardı etmirik, amma...”

“Sosial vəziyyətdən polisin vətəndaşla rəftarına qədər geniş spektrlə bağlı şikayətlər alırıq. Vətəndaşlar yuxarı instansiyalarda problemlərinin həll olunduğunu, amma bütün biabırçılıqların rayonlar səviyyəsində baş verdiyini deyirlər. Rayon səviyyəsində bir kiçik məsələni belə həll etməyin mümkünsüz olduğunu bildirirlər”

Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə bütün diqqət siyasi məhbus məsələsinə yönəlib. Sıravi vətəndaşların problemləri yaddan çıxıb:

“Biz siyasi məhbus məsələsini gözardı etmirik. Siyasi məhbus məsələsi daim diqqət mərkəzindədir, bu, bir kateqoriyadır. Amma haqsızlığa məruz qalan insanların geniş hissəsi deyil. Sıravi vətəndaşların problemləri isə diqqəti cəlb etmədiyindən minlərlə insanın hansı haqsızlıqlara məruz qalması qeydə belə alınmır”.

Məmurlar müavinətin 6 ayını ananın əlindən alır

N. Cəfəroğlu qeyd edib ki, Sosial Müdafiə Fondu ilə bağlı şikayətlər var. Təkbaşına övladını böyüdən anaya verilən müavinətin 6 ayını sosial müdafiə qurumlarının əməkdaşları insanların əllərindən alır. Yalnız 6 ayın pulunu ailəyə verirlər.

Hüquq müdafiəçisi səhiyyə sistemində qiymətlərin baha olmasına da toxunub.

Ölümü gözləməlidir?”

“Özəl klinikalarda hər-hansı cərrahiyyə əməliyyatı ilə bağlı elə qiymətlər deyirlər ki, hazırda Azərbaycanda barmaq qədər sayılan insan həmin vəsaitlərə sahib ola bilər. O zaman sual yaranır ki, qalan insanlar nə etməldir? Ölümü gözləməlidir?”

Vətəndaş polisdə döyülür, təhqir olunur, alçaldılır...

Novella Cəfəroğlu

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi polis sistemindən də şikayətini dilə gətirib.

“Vətəndaş polisə düşür döyülür, təhqirə, alçaldılmağa məruz qoyulur” - deyən N.Cəfəroğlunun fikrincə, geniş islahatlar sistemi olmadan hər-hansı irəliləyişə nail olmaq mümkün deyil.

Toplantıda QHT-lərin durumu da müzakirə obyekti olub. N.Cəfəroğlu deyib ki, QHT-lər maiddi və fəlaiyyət baxımından pis duruma düşüblər:

“Donorlara ölkəyə gəlməyə imkan verilimir, fəaliyyət imkanları məhdudlaşdırılıb, QHT-lərin problemlərinin həlli görünmür”

Onun fikrincə, hansısa bir əl elə bil ki, ölkədə məhz narazılıq yaradılmasını idarə edir. N.Cəfəroğlu haqqında danışdıqları məsələlərin müzakirəsi ilə bağlı Birgə İşçi Qrup adından dövlət başçısı İlham Əliyevə və Pprezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərova müraciət ünvanladıqlarını söyləyib.

____________________________________________________________

Bunlara da bax:
Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü
Su bahalaşdı - Tarif Şurası

____________________________________________________________

Ancaq Daxili İşlər Nazirilyi polis orqanlarında vətəndaşların döyülməsi ilə bağlı iddiaları qəti inkar edir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də vətəndaşlardan sosial müavinətlərin yarısının qanunsuz tutulması ilə bağlı şikayətləri bir qayda olaraq təkzib edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun , son illərdə əhaliyə müasir və şəffaf xidmətlər sisteminin qurulması üçün mühüm islahat tədbirləri həyata keçirilib:

“Bu islahatların mühüm bir istiqaməti də prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına uyğun, ünvanlı dövlət sosial yardımı proqramının avtomatlaşdırılmış şəffaf icra mexanizminin formalaşdırılmasına yönəlib. Fərmanın icrası olaraq, ötən dövrdə nazirlik konkret Tədbirlər planı əsasında institisional və texniki səviyyələrdə məqsədyönlü işlər aparılaraq, ünvanlı dövlət sosial yardımı üzrə mükəmməl proqram təminatlarına əsaslanan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb”.

Hərçənd, həm polisdə işgəncə, həm də sosial müavinətlərin verilməsində rüşvətlə bağlı şkkayətlər Azadlıq Radiosuna da gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG