Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:05

Erotik rəqslə rəhbərliyə etiraz edən polis işdən qovuldu


-

Rusiyada "protokol planı"na etiraz olaraq İnternetə erotik rəqsini yerləşdirmiş polis əməkdaşı işdən çıxarılıb.

Bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb. Qadının adı açıqlanmır.

"Protokol planı" o deməkdir ki, polislərə hər gün müəyyən sayda şəxsi saxlayıb protokol tərtib etmək tapşırılır. Onlar iş vaxtı qurtarsa da, lazımi sayda protokolu tərtib edənəcən işləməli olurlar. Hüquq müdafiəçiləri bunun təkcə polislərin hüquqlarının pozulması saymırlar, həm də iddia edirlər ki, bu, polisləri günahsız insanları cəzalandırmağa "həvəsləndirir".

"Protokol planı"nın Azərbaycan polisində də geniş yayıldığı haqda iddialar səslənir.

Şərhləri göstər

XS
SM
MD
LG