Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Keçmiş polis rəisi haqqında istintaq araşdırmaları gedir


►Onun həyat yoldaşı Leyla Əkbərova Cinayət Məcəlləsinin iki maddəsiylə dələduzluqda suçlanır

Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinə çağrılıb.

O, gəlmədiyi halda polis vasitəsilə məcburi gətiriləcək. Dekabrın 2-də çıxarılan məhkəmə qərarında belə deyilir.

Prorektor da məhkəmədə dindirilib

Sabiq polis rəisi öz həyat yoldaşının məhkəməsində dindiriləcək. Cinayət Məcəlləsinin iki maddəsiylə hakim önünə çıxarılan Leyla Əkbərova dələduzluqda suçlanır.

İttihama görə, Leyla Əkbərova özünü internat evinin direktoru kimi tanıdaraq, yüksək vəzifəli adamlarla əlaqələrinin olduğunu deyib və müxtəlif şəxslərin etibarını qazanıb.

Buna da bax: Mövsüm Səmədov ‘kars’a salınıb - yeni həbsxanaya köçürülən kimi

O, işə düzəltmək adı ilə bir neçə nəfərdən pul alıb qaytarmayıb. Həmin adamlar da indi zərərçəkmiş kimi tanınıblar. Zərərçəkənlər arasında Leyla Əkbərovanın öz qohumları da var.

45 saylı orta məktəbdə müəllimə işləmiş Leyla Əkbərova ittihamları qəbul etmir və deyir ki, heç kimin inamından sui-istifadə etməyib və sadəcə, borc aldığı pulları vaxtında qaytara bilməyib. O, hamının pulunu qaytaracağını söyləyir.

Təqsirləndirilənin qohumu Anarə Məmmədova isə başqa fikirdədir və məhkəmədə bildirib ki, Leyla Əkbərova işə düzəltmək üçün ondan diplomunu istəyib. O da verib, amma qohunu bildirib ki, Təfəkkür Universitetinin diplomu saxtadır. Anarə Məmmədovanın dediyinə görə, qohumu diplomun saxtalığı məsələsini ört-basdır eləməkdən ötrü ondan 5 min manat istəyib.

Təfəkkür Universitetinin bu məsələ ilə bağlı şahid kimi dindirilən prorektoru İlham Musayev deyib ki, Leyla Əkbərova yanına gəlib, onu da bu işə qoşmağa çalışıb. Təklif edib ki, o da Anarə Məmmədovaya diplomunun saxta olduğunu söyləsin, ancaq prorektor onun təklifini qəbul etməyib və diplomun saxta olmadığını deyib. İlham Musayevin sözlərinə görə, bunun ardından Leyla Əkbərova vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək, ona hədə-qorxu gəlib.

Buna da bax: 'Aslan Aslanovgil bizimlə düşmənçiliyi davam etdirir'

Keçmiş polis rəisi polis vasitəsilə gətiriləcək

Anarə Məmmədovanın vəkili Vasif İsrafilov məhkəmədən Leyla Əlbərovanın qızı Fidanın və çalışdığı məktəbin direktor müavini Rəsmiyyə Nağıyevanın da məhkəmədə dindirilməsini istəyib. Deyib ki, adları çəkilənlər onun gördüyü işlərdən xəbərdar olublar:

"Leyla Əkbərova ilə əri Mahir arasında olan telefon danışıqları Daxili İşlər Nazirliyinin İstintaq İdarəsindədir. Tələbimiz budur ki, həmin danışıqlar olan disk məhkəməyə gətirilsin və burada araşdırılsın. Bu danışıqlarda əməllər etiraf olunur".

Məhkəmədə məlum olub ki, bu cinayət işindən başqa bir iş də ayrılıb və istintaq gedir. Leyla Əkbərovanın həyat yoldaşı olan sabiq polis rəisi haqqında da araşdırmalar gedir.

Məhkəmə telefon danışıqlarının gətirilib tədqiq olunmasına dair vəsatəti təmin edib. Leyla Əkbərovanın qızının və məktəbin direktor müavininin dindirilməsi vəsatətinə isə növbəti məhkəmədə baxılacaq.

Leyla Əkbərova qızının adının bu işdə hallandırılmasına etiraz edib.

Hakim Rahib Salmanov məhkəmə iştirakçılarını məlumatlandırıb ki, Mahir Əkbərov məhkəməyə çağrılıb, amma Naxçıvana yas mərasiminə getdiyin və bu səbəbdən gələ bilməyəcəyini deyib. Hakim qeyd edib ki, Mahir Əkbərov gələn dəfə də gəlməsə, polis vasitəsi ilə məcburi gətiriləcək.

Mahir Əkbərov bir müddət əvvəl polis orqanlarından xaric edilib.

"Nardaran məhbusları" vəkildən imtina etdi

"Nardaran məhbusları" vəkildən imtina etdi
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG