Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23

-

Cəlilabadın Söyüdlü kəndində yaşayan Hidayət Ağayev deyir, neçə ildir ki, kəndlərdə mal-qara, qoyun oğurluğu baş alıb gedir:

«YAP üzvüyəm. İkinci qrup əliləm. Həyat yoldaşım xərçəng xəstəsidir. Üç azyaşlı övladım var – üçü də şikəstdir. Ağır şəraitdə yaşayırıq. Heç yerdə işləmirəm. Heyvan saxlayıram, ailəmi dolandırıram. 3 ildir ki, həyətimdəki tövləmdən 20 baş qoyunum oğurlanıb. 3 ildir ki, polis şöbəsinin yolunda qalmışam. Nəhayət, bu ilin yanvarında məni muştuluqladılar ki, oğrular tapılıb».

Hidayət Ağayevə deyiblər ki, qoyun oğruları rayonun Uzuntəpə kənd sakinləridir. Həm də həmin şəxslər başqa mal-qara oğurluqları da ediblər:

«Dedilər, «tək sən deyilsən, nə qədər kəndlinin heyvanını oğurlayıblar». Oğurladıqlarını da Biləsuvar bazarında dəyərindən ucuz satıblar. Mənə dəymiş maddi ziyanın yalnız 1200 manatı saxlanılan üç nəfərin valideynləri tərəfindən ödənildi. Dedilər, «qalanı da ödəniləcək». Ancaq 2 min 760 manatın ödənilməsi üçün heç bir tədbir görülmür. Dəfələrlə Cəlilabad rayon Polis Şöbəsinə getmişəm. Həbs olunanların adamları deyirlər ki, mal-qara oğurluğuna görə hələ beş nəfər azadlıqdadır. Nə vaxt onlar da həbs olunar, qalan hissəsini onlar ödəyər. Biz araşdırmışıq ki, mal-qara oğurluğunda əlbir olmuş daha bir neçə nəfər Kazımabad və Uzuntəpə kəndlərindəndirlər. Ancaq, nədənsə, hələ də azadlıqda gəzirlər».

«ZƏRƏRİN QALANI DA ÖDƏNSİN»

Hidayət Ağayev daxili işlər naziri Ramil Usubova da müraciət edib. O, nazirdən ailəlikcə gözünü dikdiyi son ruzisinə qənim kəsilən və hələ də azadlıqda gəzən oğru dəstənin digər üzvlərinin də həbs olunmasını tələb edir:

«Cəzalandırılsınlar və mənə dəymiş zərərin qalanı – 2 min 760 manat da onlardan alınıb mənə ödənilsin».

Cəlilabad rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildiriblər ki, Söyüdlü kənd sakini Ağayev Hidayət İsgəndər oğlunun heyvanlarının oğurlaması faktı ilə bağlı şöbədə Cinayət Məcəlləsinin oğurluq maddəsinin müxtəlif hissələri ilə cinayət işi başlanıb. Zərərçəkmişə dəymiş zərərin 3 min 960 manat olduğu müəyyən edilib. Faktla bağlı şübhəli bilinən bir neçə şəxs dindirilib. Hidayət Ağayevin adlarını çəkdiyi şəxslər də araşdırılır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG