Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

Polis qapını döyəndə vətəndaşın bilməli olduğu 6 məlumat [İnfoqrafika]


Vətəndaşların hüquqları ilə bağlı infoqrafikalar hazırlayandan bəri bəzi oxucular bizə irad tuturlar ki, bizim səylərimiz əbəsdir. Yazırlar ki, real həyatın öz qanunları var.

Əlbəttə, biz iddia etmirik ki, Azərbaycanda dövlətlə vətəndaşların münasibətləri tamamilə qanunlar əsasında qurulub. Amma öz hüquqlarını bilən vətəndaşa dövlət nümayəndəsinin qanunsuz hərəkətlərindən qorunmaq daha asandır. Ona görə təklif edirik, bizim infoqrafikaları çap edib özündə saxlayasan. Dünyanın işini bimək çətindir, bəlkə gərəyin oldu.


Gözlənilmədən qapını polis döyərsə, nə edəcəyini bilməyin vətəndaşa ancaq xeyri dəyə bilər. Əgər polis qanunu pozursa, bunu ona xatırlatmaq, bu zaman mətbuatda dərc olunmuş məlumata istinad etmək ola bilər öz təsirini göstərsin. Axı polis də insandır və necə deyərlər, insana xas olan heç nə ona yad deyil.

(Çap et, özündə saxla - daha böyük formatda (tam ekran) baxmaq üçün şəkli tıkla)



Gətirdiyimiz misallar cinayət-prosessual məcəlləsindən götürülüb. Söhbət kinolardan gördüyümüz xüsusi təyinatlı dəstələrin silahlı və maskalı üzvlərinin mənizllərə soxulması hallarından getmir. Belə hücumları terror və buna bənzər cinayətlərlə bağlı şübhəli şəxsin saxlanılması zamanı həyata keçrirlər (bunun özünün də qanuni yolu var). Söhbət nisbətən az dramatik, lakin gündəlik həyatda tez-tez rast gəldiyimiz axtarışlardan gedir. Beləliklə...

POLİSƏ QAPINI AÇMAQ MƏCBURİDİRMİ?

Polisə qapını açmamaq olarmı? Yox, qanuna görə, qapıya gələn polisə qapını açmaq lazımdır. Lakin dərhal da onun sənədlərini və mənzilinizdə axtarış aparmaq haqda məhkəmə qərarını tələb etmək olar.

POLİS MƏNZİL SAHİBİ OLMAYAN OTAQDA AXTARIŞ APARA BİLMƏZ

Axtarış mənzil sahibinin də iştirakı ilə seçilən hal şahidlərinin gözü qarşısında aparılmalıdır. Mənzil sahibinin özü də fiziki olaraq axtarış gedən otaqda olmalıdır. Başqa sözlə onun olmadığı otaqda axtarış aparmaq polis əməkdaşları tərəfindən qanunun pozulması deməkdir.

Mənzil sahibinin öz vəkilini axtarışa dəvət etmək hüququ var.

AXTARIŞ PROTOKOLUNUN ROLU

Axtarışın protokolu imzalananda ev sahibi bütün iradlarını və rastlaşdığı qanun pozuntularını ora əlavə edə bilər.

Ən çıxılmaz halda isə mənzil sahibi sadəcə olaraq axtarış protokolunu imzalamaqdan imtina edə bilər.

Arzu edirik ki, bu hüquqlarına müraciət etmək zərurəti heç vaxt yaranmasın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG