Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

«Tək qardaşım deyil, bizim tərəflərdə yaşayan başqa gəncləri də qaralayıblar. İstədikləri gənci tutub, əl-qolunu qandallayıb, aparıb şöbədə boynuna narkotik qoyurlar. Kimisi pul verib canını qurtara bilir, qardaşım kimi verməyə pulu olmayanlarsa əlli-ayaqlı gedir».

10 MANATA ALDIĞI TİRYƏK...

Bunu AzadlıqRadiosuna hazırda narkotik ittihamı ilə həbsdə olan Bakı sakini İlham Rəhimovun qardaşı Ülvi Rəhimov deyir.

Bu il aprelin 19-da Yasamal rayonu sakini İlham Rəhimov rayon polis idarəsinin 27-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İki gün sonra onun barəsində satış məqsədilə narkotik əldəetmə ittihamı ilə həbs-qətimkan tədbiri seçilib.

İstintaq 4 ay davam edib, yekunlaşdıqdan sonra ittiham aktı Yasamal rayon Məhkəməsinə göndərilib. İttiham aktına göz atdıqda ilk olaraq diqqəti İlhamın təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi çəkir. O, etiraf edir ki, «Kubinka» kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata aldığı tiryəki yaşadığı ünvana apararkən, yolda mülkigeyimli şəxslər tərəfindən saxlanıb. Yasamal rayon Polis İdarəsinə gətirildikdən sonra bilib ki, həmin şəxslər 28-ci polis bölməsinin əməkdaşlarıdır.

Buna da bax-'Evində yatmaq istəyirsənsə, ayda 100 gətir'

«3 MİN MANAT İSTƏDİLƏR»

Ancaq qardaşı Ülvi Rəhimov qardaşının şərləndiyini bildirir: «İlham evlərdə antena quraşdırmaqla məşğul olurdu. Narkotikin nə istifadəçisi, nə də alverçisi olub. İlhamı tutandan sonra Yasamal polisində məndən onun azad olunması üçün 3 min manat istənildi. İki gün gözlədilər, istədiklərini verməyəndə narkotiki İlhamın adına sənədləşdirdilər və məhkəməyə apardılar. Məhkəmə qardaşım barəsində həbs-qətimkan tədbiri ilə bağlı qərar çıxartdı. İfadəni də ona işgəncə altında yazdırıblar. Vəkil tutmağa imkanımız olmadığından İlham özlərinin təyin etdikləri vəkilin ümidinə qaldı. İstintaqın təyin etdiyi vəkil, sizcə, kimin marağını müdafiə edəcək – tutulan vətəndaşın, yoxsa müstəntiqin? Başqa bir məsələ... Necə olur ki, İlhama işgəncə verib narkotiki boynuna qoya bilirlər, ancaq ona satan adamın kimliyini öyrənə bilmirlər? Necə olur ki, müstəntiqlər narkotiki satan mənbəni həmişə «istintaqa məlum olmayan mənbə» kimi qeyd edirlər? Çünki o mənbə özləridir. İlham kimi kasıbı, yetimi bədbəxt etmək üçün narkotiki öz ciblərindən çıxarıb belələrinin cibinə qoyurlar».

Ülvi Rəhimov deyir, polis işçiləri İlhamı saxlayarkən cibindəki 180 manatı və mobil telefonunu özlərinə götürüblər.

Buna da bax-'Qızım narkoticarətçinin sifarişi ilə öldürülüb'

«ŞİKAYƏTLƏR CAVABSIZ QALIB»

İlham Rəhimov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Avqustun 29-da Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanovun sədrliyi ilə onun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Yasamal rayon Polis İdarəsindən «Qaynar xətt»in sualına suallarla cavab verilib: «Ülvinin buraxılması üçün pul istənilmişdisə, qardaşı dərhal bu barədə Daxili İşlər Nazirliyinə, prokurora, Korrupsiyayla Mübarizə İdarəsinə müraciət etməliydi, edibmi? Ülvi ona işgəncə verilməsi ilə bağlı harasa şikayət edibmi? Ekspertiza tələb edibmi?».

İdarədən həbsdə olan şəxsin qardaşının dediklərini «böhtan» adlandırıb, məhkəmənin nəticəsini gözləməyi məsləhət görüblər.

Ülvi Rəhimov deyir, etməyinə edib, ancaq bütün şikayət məktubları cavabsız qalıb.

Oktyabrın 28-də başlanılacaq məhkəmə baxışında, düzünü İlham Rəhimovun dilindən eşidəyəcəyik.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG